Eeeoo!

Bloq By Bildirchin Posts ·

İlin ən gözlənilən filmi Bohemian Rhapsody 1 noyabr tarixindən etibarən sinemalarda tamaşaçı kütləsinə təqdim olundu. Bəli, ən gözlənilən! Çünki filmin çəkiləcəyi barədə məlumat 2010-cu ildə Queen fanlarının diqqət mərkəzinə bomba kimi düşmüşdü. Sənədli film qrupun yaranması, şöhrət qazanması, qrup üzvlərin sevincləri, kədərləri və çətinlikləri barədə bəhs edir. Kiçik bir spoiler: hər kəs, canlı əfsanə Freddie Mercuryni layiqincə canlandıra bilməyəcək deyənlər belə, Rami Maleki ayaq üstə alqışlayacaq.

Təəssüratları altından çıxa bilməyəcəyiniz 2 saat 15 dəqiqəlik filmin ərsəyə gəlməsi haqqında ən maraqlı faktları Bildirchin.az sizin üçün bir araya topladı:

Sənədli film "Queen" qrupunun yaranmasından başlayaraq, 1985-ci ildə həyata keçən Live Aid konsertindəki şousuna qədər olan dövrü əhatə edir.

Əfsanə haqqında çəkilmiş film haqqında müxtəlif fikirlər səslənsə də kritiklər və filmi seyr edənlərin əksəriyyəti Rami Malekin uğurlu seçim olduğunu deyir və onun aktyorluğu önündə baş əyir. Bəs siz necə düşünürsünüz?

Qeyd: məqalə «Show must go on» musiqisinin sədaları altında yazılmışdır.


Bonus: "Live Aid" konsertindən "Queen" qrupunun orijinal tam versiya olan əfsanəvi çıxışı

Author: Pusta