Nəyim varsa - mən payladım dostlara, O dosta ki, onun yoxdu, mənim çox. Hərdən – hərdən mən də umdum dostlardan, O dostdan ki onun çoxdu, mənim yox. Dara düşdüm darda görsəm dostumu, İçimdəcə həzin – həzin ağladım. Öz yaramın sarığını açıb mən, Dostlarımın yarasını bağladım. Qaça-qaça, uça-uça yaşadım. Kim bilir, mən niyə belə incəldim, Kimsə dostun sərvətini bölüşdü, Mən dərdini bölüşəndə dincəldim. İçim-çölüm çox oxunan kitabdır, Düşünməyin: "yerin-göyün sirri o". Tanış olun dost sandığım dostlarla: Biri odu, biri odu, Biri o...
Bir də, dostlarının dostları haqqında fikirləş, onlar da dostlar cərgəsində hesab edilərlər, lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol, ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin. Dostunla düşmənlik edənlərdən də özünü qoru. Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə. Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər, ləyaqətləri meydana çıxar, lakin təzə dost tapdıqda köhnəsinə uz çevirmə. Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın, beləliklə, dostların sayı çoxalsın. Deyiblər ki : “Yaxşı dost böyük xəzinədir”. Bir də, səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş, onlara yaxşılıq et. Dostluq zamana və yerinə baxmadan, maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən dünyanı ağ-qara rəngdə yox, rəngarəng görən duyğu və duşüncəsini özündə cəm edən insandır. Dost varlığıyla hər anımı dəyərli edən sevinc, göz yaşı, qurur, təsəlli hissini bir arada yaşada bilən,həyatıma dəyər qatan unudulmaz varlığımdır. Varlığı mənim üçün dəyişməz qalan, uzaqlarda olsa da yeri hər zaman görünən,varlığını bir sms-lə bildirən candır - dost. Dostluq fədakarlıqdır. Özünə belə etiraf edə bilmədiyin sirrini, yaşadığın hər anı bilən,sənə mənəvi dayağ olan, Üzüntülü anında belə üzünü bir anlığa da olsa güldürə biləndir dost. Sənin dərdini özününki bilən,yaşadığın hər anı səninlə yaşayan etibarlı bir ürəkdir. Həyatda hamıya inam ,etibar olmaz dost elə bir seydir ki, ona gözü bağlı güvənməlisən. Təbii ki, bunun üçün zaman da çox önəmlidir. Kimlər həyatımıza gəlsə də onun yeri həç vaxt dəyişmyərək qalacaq. Mənim üçün bu, illər keçsə də belə qalacaq. Bəlkə də belə düşündüyüm üçündür ki, illərdir dostluqlarım davam edir. Dostluğa nə qul, nə ağa lazımdır. O,bərabərliyi sevir. Bəzən dostluqlar adi bir səbəbdən bitə bilir. Bunu hər iki tərəf də qəbul etməsə də, bəzən qurur hissi bunu bitirə bilir, bəzən də başqa birinin tək bir sözü. Mən bilib-bilmədən dostluğu bitirməyə çox qarşıyam. Nöqsansız dost axtaran dostsuz qalar. Həyatda bəzi anlar vardır ki, o anlarda dost və düşmənini tanıya bilirsən. Məncə dost şad gündə tanınır, çünki dar gündə hamı yanında olur.ama sevincli gününə hamı sevinə bilməz. Ailə və dostdan başqa. Dost sarğı kimidir. Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar...
Author: Tamerlan