İlk dəfə çıxdığı zaman hər kəs ona kokainli iksir deyirdi. Təqvimlər 1886-dan, 1929-a gələndə isə hər kəsin tanıdığı qazlı bir içki idi. Bu gün baxdığımız zaman Cola, 200 fərqli ölkədə 1.9 milyard porsiya istifadə olunmuşdur. Coca-Cola isə artıq dünya malı olmuş böyük bir şirkətdir. Bəs bu hala necə gəldi?
1. Resepti sir kimi saxlanılırdı və bütün bazar testlərini keçmişdi. Reseptində 1903 ilinə qədər kokain istifadə edilirdi, amma sonra kokain reseptdən çıxarıldı. 1985-də “Yeni Kola” çıxana qədər resept eyni qaldı. Bazar hər zaman resepti kopyalamağa çalışdı. Bu isə Coca-Cola şirkətinin məşhurluğunu daha da artırmış oldu.
3. 1915-ci illərdə bütün kola markaları eyni dizayndakı butulkanı işlədirdi, Coca-Cola isə bir fərq yaratdı!
4. Coca-Cola-nı satmağın qaydaları var idi. Ernest Woodruff-un Trust şirkəti 1919 ilində Coca-Cola-nı aldı. Keyfiyyəti qorumaq üçün müəyyən standartlar qoymağa başladılar. Coca-Cola 2 dərəcə istilikdə servis edilməli idi. Şirkət pərakəndə satıcılara içkini heç vaxt 4.5 dərəcədən yuxarı istilikdə satmamaqlarını dedi. Bu da Coca-Colanı rəqiblərindən daha dəyərli hala gətirdi.
5. 70 il qiyməti eyni qaldı
6. Öz dünyasını yaratdı Şirkət istifadəçilərə markanı mənimsəmək üçün imic yaratmaq qərarına gəldi. 1887-dən 1920-ci ilə qədər istehsal olunan məhsulların 10%-i pulsuz verilirdi. Bu sayədə markanı tanıyacaqlardı, eyni zamanda dekorasiya məqsədli marketlərə posterlər, saat və təqvimlər bağışlanılırdı.
Author: Lala Aliyeva