Birini sevsən sərbəst burax və...

Bloq By Bildirchin Posts ·

1.Pessimist - getmək istəyəni burax getsin. Sənə qayıdarsa sənindir. Hələ də qayıtmasını gözləyirsənsə heç bir zaman sənin olmamışdır. 
2.Optimist - getmək istəyəni burax getsin. Üzülmə geri dönəcəkdir.
3.Şübhəçi - getmək istəyəni burax getsin. Lakin onu izləməsi üçün birini tap. 
4.Qərarlı - getmək istəyəni burax getsin. Geri qayıdarsa sənindir, qayıtmazsa get geri qaytar. 
5.Ovçu - getmək istəyəni burax getsin. Qayıtmasını gözləmə, get və onu vur. 
6.Boşvermiş - getmək istəyəni burax getsin. Dönməzsə unut getsin. 
7.Səbrli - getmək istəyəni burax getsin. Geri dönənə qədər gözlə. 
8.Paranoyak - o getmədən əvvəl sən get.
9.Faşist - getmək istəyəni burax getsin. Geri gəlməzsə vur. Mən gedib də dönməzsəm məni də vur. 
10.Statistikçi - getmək istəyəni burax getsin. Geri dönmə ehtimalı yüksəkdir. Qayıtmazsa münasibətiniz alınmayacaq deməkdir. 
11.Hüquqçu - getmək istəyəni burax getsin. Səyahət sərbəstliyi onun haqqıdır. 
12.Bill Gates - getmək istəyəni burax getsin. Geri dönərsə yenidən yükləmə ödənişi alar, ona səni "up grade" etdik deyərik. 
13.Hər zaman itirənlər - getmək istəyəni burax getsin. Onsuzda dönməyəcək. Sən də onun barəsində pis bir hekayə uydurarsan. 

Bəs siz özünüzü hansına yaxın bilirsiniz?

Author: Bildirchin Blog