- Bakı Avropa Mədəniyyət Mərkəzi Bakının memarlığına, siluetinə, tarixi məkanlarına göstərilən qayğı nəticəsində mütləq şəkildə bu mərkəz Bakı olmalıdır.
- Bakı Avropa Təmiz Dəniz Mərkəzi Xüsusilə də kanalizasiyanın dənizə axıdılmasını düşünsək bəsdir.
- Bakı Avropa Nəqliyyat Mərkəzi Sadəcə körpü tikintisi belə bizi ön planda tutar.
- Bakı Avropa İnfrastruktura Mərkəzi Yağış suyunun istifadəyə yararlı olduğunu bilmək bütün avropalıların haqqıdır. Xüsusilə körpüdən axan.
- Bakı Avropa Qadın Hüquqları Mərkəzi Çünki, bizim ata-babalarımızdan qalan heç kəsə məlum olmayan amma hamının bildiyi dünyanın ən qədim qadın hüquqları mərkəzi olduğumuz gərçəyi. Əgər ildə 500 % artan qadına şiddət hadisələrini örtə bilsək.
- Bakı Avropa Planlı Şəhərsalma Mərkəzi Sadəcə Ağ Şəhər planı ilə avropalıları heyrətləndirə bilərik.
- Bakı Avropa Təhlükəsizlik Mərkəzi Məncə, Xüsusilə avtobus qəzaları ilə biz buna layiqik. Bakı 2015 Avropa Olimpiya oyunları xalqımıza uğur gətirsin!?
Author: feridnagizade