Hamiləliyin süni şəkildə dayandırılması, yəni “abortun” qadının orqanizminə vurduğu fiziki zərbə haqqında hər kəs xəbərdardır. Tibbi müşahidələr də göstərmişdir ki, bu təhlükəli və xoş olmayan prosesi həyata keçirən qadınlarda gələcəkdə kəskin və xroniki xəstəliklər yaranır, nəsilvermə qabiliyyəti aşağı düşür. Bəzi hallarda isə əməliyyatın qeyri-peşəkar şəkildə keçirilməsi və ya orqanizmin individual göstəriciləri ciddi tramvalara, hətta ölümə səbəb ola bilər. “Abortun” orqanizmə mənfi təsiri haqqında məlumatları tibbi məqalələrdə geniş şəkildə ala bilərsiniz. Bizim məqsədimiz isə “abortun” mənəviyyata vurduğu zərbəni təqdim etmək, qadınların bu addımı atmağa vadar edən səbəbləri aşkar etməkdir. İlk öncə qeyd edək ki, sağlam qadının bu qərarına heç bir haqq qazandırmırıq. Hamiləliyin süni şəkildə dayandırılması səbəblərinin dünya statistikasına nəzər yetirək:
- Uşağın dünyaya gəlməsi kəskin şəkildə həyatımı dəyişdirəcək;
- Uşaq böyütmək üçün maddi resurslarım çatışmır;
- Atasız uşaq böyütmək qorxusu;
- Körpənin dünyaya gəlməsi mənim təhsilimə/karyerama mane olacaq;
- Həyat yoldaşım/partnyorum abort etməyi tələb edir.
- Maddi vəziyyət buna imkan vermir;
- Gələcək körpənin cinsinin planlaşdırılması (qız uşaqlarının məhv edilməsi).
Author: Azalia