Tək tanrılı dinlərin hamısında ən sıx istifadə edilən söz “amin”dir. İnsanların bu qədər sıx istifadə etdikləri bir sözün mənasını da təbii olaraq bilmələri lazımdır.
Bəzi insanlar bu sözü olur-olmaz hər yerdə istifadə edirlər. Bəziləri “Amin”in bir duanın bağlanışında söyləndiyini, bəziləri də “dualarım qəbul olsun” mənasını verdiyini düşünər. Halbuki, kəlimənin mənası çox daha geniş, mənşəyi də çox köhnədir.
İslam hədislərinə görə, Hz. Məhəmməd(s.ə.s) Fatihə Surəsini oxuyarkən sonuna gəldiyində Cəbrayıl görünmüş və ona “amin de” deyə xəbərdarlıq etmişdir. Bu hadisədən sonra Hz. Peyğəmbər Müsəlmanlara İmam “Amin” dediyində camaatın da səsli olaraq amin deməsinin lazım olduğunu buyurmuşdur. Camaatın “amin” səsləriylə mələklərin səsləri bir-birləriylə uyğunlaşdığı təqdirdə keçmiş günahlarınız bağışlanar. “Amin” Qurana aid söz deyil, hətta Quranın heç bir yerində bu kəlmə işlənməmişdir.
Arxivə nəzər saldıqda bu beynəlxalq sözün mənşəyinin İvritcə olduğu görünür. İvritcə “amen” — “təsdiqləmə”, “qəbul” və ya “gerçəyə şahidlik etmə” ifadəsi olaraq “həqiqətən”, “təbii” mənasında istifadə edilir. Söz Xristian ölkələrinə dəyişmədən keçərkən Ərəbcəyə də “amin” olaraq yerləşmişdir. Əgər bir adam “amin” deyirsə: – Tanrının həqiqətini, mükəmməlliyini bütün ürəyimlə qəbul edirəm. Tanrı tərəfindən yerinə yetirilməsini istədiyim dua və tələblərin doğruluğunu təsdiq edirəm — deməkdir.
\
Hazırda “Amin” dilimizin alışdığı bir söz olmuşdur və bu sözün yalnız müsəlman dünyasına aid olduğunu düşünürük. Amma əslində bu kəliməni ilk dəfə yəhudilər işlətmişlər. Bəli, bizim üçün “Amin” müqəddəs kəlimədir, çünki bu kəliməni istifadə etməyi bizə Hz. Məhəmməd buyurub.