Atlantik okeanın dibində yatan, onun haqqında bilənlərin həyatını dəyişən bir kitab haqqında yazılmış bu əsər bizim də həyatımızı dəyişib. Ömər Xəyyam özü də bilmədən bütün dövrlədə aşiqlərin dərin duyğularının simvoluna çevrilib. Sözügedən “Səmərqənd” əsərindən seçdiyimiz sətirləri sizinlə paylaşıram.

Səmərqənd! Dünyanın əzəldən günəşə baxan ən gözəl üzü.

Yəni düşüncələrimi dilə gətirmək üçün gərək mütləq yaşlanım?

Xəyyam ürəyində zamanın iki üzü olduğunu düşündü. Zamanın iki üzü və iki mərhələsi var. Uzunluğu günəşə, dolğunluğu isə ehtiraslara bağlıdır.

Təəccüblənmə. Həqiqətin iki üzü var. İnsanların da.

Kaş ki, ürəyimizdə olanları deməyə, hər şeyi izah etməyə vaxtımız olaydı.

Sənin içindədir cənnət, cəhənnəm.

Nə adıma görə yolumu, nə də yoluma görə adımı dəyişərəm.

Ağıllı olmağı da bacarıram, dəli olmağı da. Xoş adam da ola bilərəm, iyrənc biri də. Ancaq özünü doğru-dürüst təqdim etməyən biri ilə otağımı necə paylaşa bilərəm?

Adımı dedim, ağzına gələni söylədin. Özümü ətraflı tanıtsam, gör onda nələr deyərsən?!

Desəydin, bəlkə də bunların heç birini deməzdim.

Elə bil ona zəncirlənmiş bir cənnət bəxş edirdilər.

Sirr ilə sirri açan arasındakı yerim sirdən yanadır.

Bir anda ətrafım alimlə doldu. Deyirlər, alimlərlə oturub-duran hökmdar hökmdarların ən yaxşısıdır. Elədir?

Belə də deyirlər: hökmdarlarla oturub-duran alim alimlərin ən pisidir.

Görəsən bu adamların heç olmasa birində aqillik, müdriklik, müdriklik, sadiqlik və ədalət varmı? Bu suala cavab verəndə isə izdihamın seyrəkləşdiyini və getdikcə yox olduğunu görürəm.

Söz istər yaxşı, istər pis olsun, ox kimidir. Bir neçəsini eyni zamanda atsan, biri mütləq hədəfə dəyəcək.

Yalan saçan dillərdəki sədaqət qədər saxta heç nə ola bilməz.

Cahan gülümsəyərək pıçıldadı:

Yeddi həyatım olsaydı birini mütləq burada keçirərdim, əlimi kuzəyə uzadıb bu şərabdan içər, bu yeməklərdən dadar və xoşbəxtliyi bu eynilikdə tapardım.

Ömər dedi:

İstər bir, ya üç, istərsə də yeddi olsun, həyatlarımın hamısını burada, səninlə, əlimlə saçlarını oxşayaraq keçirərdim.

Məni dölləndirənin günahını çəkirəm. Mənim günahımı kiminsə çəkməsinə izin verməyəcəyəm.

Xoşbəxt o insandır ki, dünyaya heç gəlməyib.

Günahın nə qədər böyükdürsə, Allahın mərhəməti də bir o qədər artar.

Qoy bir-birlərini parçalasınlar, öldürsünlər. Onlar bunu edirlər deyə, günəş öz parlaqlığını itirəcək, ya şərabın dadımı qaçacaq?

Bu otaqdan çıx, bu saraydan çıx və arxana dönüb baxma, vidalaşma, əşyalarını belə yığma, mənimlə gəl, evimizə gedək. Sən şeirlərini yaz, mən də ulduzlarımı müşahidə edim. Hər gecə çılpaq-çılpaq qoynuma girərsən, şərabın ətri bizə şərqilər söyləyər, dünyanı unudarıq, onu görmədən, onu hiss etmədən yaşayarıq, nə çirkabına, nə də qanına bulanarıq.

Taleyimə səninlə ölmək yazılıbsa, mən buna razıyam.

Mənə pis deyərək pislik edirsən, ey Tanrı, səninlə fərqimiz varmı?

İçində sevgidən yoxdursa atəş, nə fərqi ya çıxmış, ya batmış günəş.

İkimiz də əmin idik ki, həyat yollarımız kəsişib və bu, adi bir təsadüf deyil. Həmin an Ömər bizə taleyin bir işarəsi kimi görünmüşdü. Bunu anlamamaq günah olardı.

Əgər zərafət bir bədən halında olsaydı, yəqin ki, onun dərisinə bürünərdi.

Gözlərində Şərqin qərq olduğu ümidsizliyi oxumaq olurdu…

Həbsdə yaşamağım məni kədərləndirmir, yaxınlaşan ölümdən də qorxmuram. Məni bircə səpdiyim toxumların cücərməməsi kədərləndirir.

Onun zəkasına vurulmuşdum, düşüncələrinin meyvəsini göndərmək üçün o qədər insanın içindən məni seçməsi isə qürurumu oxşayırdı.

Müasir səyyahlar nədənsə elə hey tələsirlər. Nəyin bahasına olursa olsun deyib həyəcanla gəlirlər, ancaq gəlmək – yolu başa vurmaq demək deyil.

Ağlamaq çıxış yolu deyil. Bunu bacarıq belə adlandırmaq olmaz. Ağlamaq sıradan, sadəlövh və acınacaqlı hərəkətdən başqa bir şey deyil.

O kitabla bir gecə baş-başa qala bilmək üçün ömrümün on ilini sevə-sevə verərdim.

Yuxusuz keçən gecələrin düşüncələri inadkar olur, mənim düşüncələrim də elə hey geri qayıdırlar.

Yanağın rəngində mey içim gərək,

Dərdim zərif olsun qıvrım saçın tək.

Bəzən elə bir an gəlir ki, nə qərar verirsən ver, yenə də pis qərar olacaq. Sadəcə, sonradan daha az peşman olacağın qərarı seçmək lazım gəlir.

Çox nadir hallarda baş verən xoşbəxt dəqiqələr yaşadım. Onu bu cür qoyub getmək istəyirəm ki, geri qayıdanda yenə eyni cür görüm. Sənə təəccüblə, məhəbbətlə tamaşa etməkdən heç vaxt doymayacağam.

Bu izdihamın düşüncələrinin dəyişməsini gözləmirəm. Yay aylarında gedib, qış aylarında səni yenidən tapmaq istəyirəm.

Beləcə, Səmərqənd insanın öz taleyindən qaça bilməyəcəyi və onunla üzləşəcəyi şəhərə dönmüşdür.

Birlikdə işlədiyim insanları dini inancaları və ya qalstuklarının rənginə görə mühakimə etmək mənlik deyil.

Haqlı olmaq zəiflərin ən böyük günahıdır.


Gedirsən?

Hə, Ancaq bu dəfə başqa cür.

Başqa cür getmək necə olur ki?

Səninlə birlikdə gedirəm.