Həcminə görə qadın beyni kişi beynindən balaca olsa da, qadınların beyni daha effektv işləyir.Kaliforniya və Madrid universitetlərinin apardıqları araşdırma nəticəsində belə bir məlumat ortaya çıxıb.
Neyrobioloqlar qadın və kişi beyinlərinin hippokamplarının işləməsini araşdırıblar. Kişilərdə hippokampların ölçüsü böyükdür və bu da daha çox zehni qabiliyyətlər üçün şərait yaradır.
Qadın beyninin isə anoloji hissəsi kiçikdir. Məhz elə bu səbəbdən, beyinin imkanlarının daha effektiv istifadəsi üçün şərait yaradır.
Alimlər iddia edirlər ki, eyni məsələni həll etmək üçün qadınar kişilərə nisbətən daha az enerji sərf edirlər.