Alfons Alle dünyanın ən qəribə, ən ekssentrik insanı olub desək yanılmarıq.
Hələ Kazimir Maleviçdən əvvəl o məşhur Qara Kvadrat şəklini çəkmiş və adını “Qaranlıq gecədə zəncilərin mağarada döyüşü” qoymuşdu. Qara rəngdən savayı tabloda heç nə görməsən də heç olmazsa mağaranı təsəvvür edirsən, zəncilərin məhz gecəyarısı orda nəyə görə vuruşması haqda düşünürsən:
Bu ənənə dayanmadan davam edir. Sonradan həm ağ, həm də qırmızı kvadratlar Alle Alfons tərəfindən təsvir edilir. “Ağ kvadrat” “Duyğusuz qızların qarla ilk təmasları” ( bu əsər də 1883-cü ildə hazırlanıb) adlanır.
1884-cü ildə hazırlanan “Qırmızı kvadrat” isə “Apopleksik kardinallar tərəfindən Qırmız dəniz sahillərində pomidor yığımı” adlandırılır.
1854-cü ildə Fransada Onflör portunda anadan olan Alfons Alle (frans. Alphonse Allais) atasının aptekində gənc yaşlarında işə düzəlir. Əsl dərmanlar əvəzinə xəstələrə yalançı həblər verməklə onlarla məzələnən Alfons hələ uşaqlıqdan yumora böyük maraq bəsləyir. Öz evində heç bir gecə də keçirməmiş bu ekssentrik insanın gülməli yazıları indi də insanları əyləndirir:
Birisigünün işini sabaha qoyma («Никогда не откладывай на завтра то, что можешь сделать послезавтра».)
Jurnalist,redaktor və sonda yazıçı kimi işləyən Alfons deyirdi ki, oun kafedə olmaqdan və orda vaxt öldürməkdən zəhləsi gedir. Amma özü bütün günü kafedə yeyir,içir,işləyir və əhtta Osten-Foks adlı bir kafedə də dünyasını dəyişir.
Alfons nəinki ilk konseptualist və minimalist rəssam kimi tanınır,o hətta bəstəkardır 🙂
1897-ci ildə o, Böyük kar üçün matəm marşı («Траурный марш для похорон великого глухого») adlı sadə bir musiqi parçası bəstələyir: