Anormal dərəcədə böyük beyni ilə dünyaya göz açan və özünə inamlı şəkildə danışa bilməyən Albert Eynşteyn bütün dövrlərin ən böyük fiziki olmuşdur.
Eynşteynin həyatı haqqında bəzi təəccüblü faktlar.
Eynşteyn 4 yaşında danışmağa başlamış, lakin 9 yaşına kimi səlis danışmağı bacarmırdı. Buna görə valideynləri çox narahat idi, lakin o , bir gün şam yeməyi yeyərkən onları təəccübləndirdi. “Şorba çox istidir”. Valideynləri ondan əvvəllər niyə danışmadığını soruşduqda o , indiyə kimi hər şey qaydasında idi deyə cavab verdi.
5 yaşında atası ona kompas hədiyyə etdi və bu onun beynində məcazi mənada desək, inqilaba səbəb oldu, çünki o, kompasın eyni istiqaməti göstərməsinə səbəb olan qüvvəni öyrənmək barədə onda çox böyük maraq oyatdı .
Dərslərinə ciddi yanaşmadığı üçün məktəbdən xaric edilmiş, həmçinin 17 yaşında kollecə qəbul imtahanından, riyaziyyatdan başqa bütün fənnlərdən kəsilmişdir.
Eynşteynin vəfatından sonra beyni başından həkim Tomas Stoltz Harvey tərəfindən ailəsinin icazəsi olmadan çıxarılmışdır. İllər sonra Eynşteynin oğlu Hans Albertdən icazə almaqla onun beynini tədqiq etməyə başlamış və beyninin hissələrini digər bir çox alimlərə göndərməklə beyninin normal insanın beyni ilə müqayisədə qeyri-adi hüceyrə quruluşuna malik olmasını aşkarlamışdır.
Şəkillərdən də göründüyü kimi o , saç kəsdirməyə və corablara nifrət etdiyi halda skripka və yelkənli gəmidə üzmək onun ən sevimli 2 məşğuliyyəti idi.
Albert Eynşeynin bəzi heyratamiz deyim və sitatları.
Əlinizi bir dəqiqəlik qaynar sobaya qoysaz, bu sizə bir saat kimi görünər. Gözəl bir qızla bir saatlıq əyləşsəz bu sizə bir dəqiqə kimi gələr. Bu nisbilikdir.
Bəzən məni çox düşündürən bir sual yaranır: Mən ya digərləri dəlidir ?
İstənilən ağıllı insan hər bir şeyi daha böyük, daha mürəkkəb və daha zülmkar edə bilər. Bu dahidən münasibət və çox böyük cəsarət istəyir ki, əks istiqamətdə hərəkət etsin.
Stol, stul, bir kasa meyvə və skripka insana xoşbəxt olmaq üçün bundan artıq nə lazımdır?
Yaradıcılığın sirri mənbələrinizi gizlətməyi bacarmaqdır.
Nə etdiyimizi bilsəydik bu tədqiqat adlanardı, elə deyil ?
Boş mədə yaxşı siyasi məsləhətçi deyil.