Alfons Forello Kapone və ya Al Kapone — Çikaqoda 1920-1930-cu illərin ən məşhur qanqsteri. Qumar biznesi ilə məşğul olan qanqsteri  (Scarface)  “Çapıqlı Üz”  kimi də tanıyırdılar.

 

O, 1899-cu il 17 yanvar tarixində Neapolda dünyaya gəlmişdir. Müflis olmuş bərbər Qabriyel Kaponenin və arvadı Terezanın doqquz uşağından dördüncüsü idi. 1909-cu ildə ailə ABŞ-a köçüb, Bruklinin ən kasıb və kriminal qəsəbələrinin birində yaşayırlar. XX  əsrin ən kriminal insanı olan Kapone ömrünün sonunadək təhsilsiz və savadsız olaraq qaldı.

O, əvvəllər limanda şəxsi biznesini  qurmaq (şəxsi bərbərxana açmaq)  arzusu ilə yaşayan sadə bir işçi idi. Azens.az-ın məlumatına görə, Kapone ən adi  məktəbdə təhsil almışdı. 5 yaşında məktəbə gedən Kapone 6ci sinifdə məktəbi müəllimlə münaqişəsi səbəbindən  atır. Elə həmin illərdə o, “Bim Bums”  adlı mafiyaya qoşulur, mafiyanın üzvləri Kaponeyə tez bir zamanda bıçaq və tapança rəftarı öyrədirlər. Kapone az vaxtda məhəlləsinin patronuna çevrilir. Məktəbi atdığı zamanlarda Kapone müxtəlif işlərdə çalışdı, aptekdə, bouling klubda, hətta şirniyyat dükanında. Ancaq daha çox gecə həyat tərzi onu cəlb edirdi. Bilyard oynamağa aludə olan Kapone il ərzində Bruklində keçirilən bütün yarışlarda qalib gəlir. Eyni zamanda o, daima silahlarla məşq edir, üstün döyüşçü olur. Elə bu zamanlarda Kapone ailəsi Qarfild Pleysə köçürlər. Məhz burada gənc Al Kapone iki insanla tanış olur, hansılar ki, ona böyük təsir göstərdilər. Onlardan birincisi – onun gələcək arvadı May və ikincisi – hörmətli mafioz Coni Torrino. O vaxtlar qəsəbənin gəncləri həmçinin də Al Kapone Coni Torrinonun ayaqqabılarinı silir, onun bir neçə kiçik xahişini yerinə yetirirdilər. Al Kapone Coni üçün bir ideal idi, onunla öz oğlu kimi rəftar edirdi, çünki o Al Kaponeyə baxarkən öz gəncliyini xatırlayırdı. Coni Torrino tək quldur deyil, həm də cinayətkar idi. Coni sevimli şagirdinə ən çirkli işləri tapşırırdı. Kaponenin ilk  “çirkli İş”i  çinli birini öldürməsi idi. Elə onun üzündə olan 12 sm-lik çapığı da çirkli iş zamanı davada baş vermişdi. Çapıq onun yanağından çənə hissəsinə qədər idi, demək olar ki, üzün bir hissəsini əhatə edirdi.

  1918-ci il. 19 yaşında Al Kapone Nyu-Yorkda irlandlı 21 yaşlı xanım May Koflinlə evləndi və tezliklə kiçik Albert Kopenin atası oldu. Al Kapone tez-tez Nyu-Yorkda şübhəli şəxs kimi saxlanılırdı, çox çətinliklə də olsa azadlığa buraxılırdı. Bir neçə aydan sonra məşhur Coni onu yanına Çikagoya çağırır. Ailəsi ilə birlikdə dərhal Nyu-Yorku tərk edən Al Kapone Torrinonun yeni klubunda barmen kimi işləməyə başlayır.

  Al Kapone həyatında 12 dəfə həbs olundu, 12 dəfə də maddi cərimə vasitəsilə azad edilib. 1919-cu ildə — bədən xəsarətləri yetirdiyinə görə; 1922-1923-cü illərdə vasitəçilik və qumara görə; 1924-cü ildə qəsdlə öldürmə hadisəsinə görə; 1925-ci ildə Nyu-Yorkda xuliqanlığa görə; 1926-cı ildə üç dəfə —hiylə, spirtli içki qaçaqmalçılığına və Çikaqoda baş vermiş ölüm hadisəsinə görə;  1927-ci ildə iki dəfə, İllinoys ştatında icazəsiz silah saxlamasına görə; 1929-cu ildə məhkəməyə üzrsüz gəlməməsi səbəbiylə.  Al Kaponenin başçılığı ilə Çikaqoda 14 il ərzində 700 qətl hadisəsi baş vermişdi, bunlardan 400-ü elə Kaponenin əmr ilə olmuşdu.

  Al Kapone 1934-cü ildə həbs olunaraq Atlantaya aparılır, bir müddət qaldıqdan sonra Alkatras adasında yerləşən “Skala” həbsxanasına köçürülür. O, həbsxanadan xəstə vəziyyətdə buraxılır və sonrakı həyatını Floridada öz şəxsi evində keçirir. 25 yanvar 1947-ci ildə o beyin infarktı və sətəlcəm (ağciyərin iltihabı)  xəstəliyindən vəfat edir. Onun cəsədi Floridadan Çikaqoya gətirilir. Axı Al-Kapone “Çikaqo Kralı”  idi.