Ağız və diş sağlamlığını qorumaq yalnız çürüklərin əngəllənməsində deyil, ümumi sağlamlığın qorunmasında da böyük əhəmiyyətə malikdir.
Bu səbəblə mütəxəssislər dişlərin hər gün ən az 2 dəfə fırçalamasını, diş iplərindən istifadə edilməsini və yemək seçimlərində xüsusilə diqqətli olunmasının vacibliyini vurğulayır.
Böyük ehtimalla dişlərinizi lazım olduğundan daha sərt fırçalayırsınız.
Diş fırçalayarkən edilən ən böyük səhvlərdən biri, dişə edilən basqının səviyyəsini tənzimləyə bilməməkdir. Bir çoxumuz diş fırçalayarkən fırçalama əməliyyatına diqqət etmədiyimiz üçün, dişə nə qədər təzyiq etdiyimizin fərqində olmadan dişlərimizi lazım olduğundan daha sərt fırçalayırıq.
Diş fırçalayarkən ya bir yerlərə tələsmə çabamızdan ya da qısa zamanda fırçalama əməliyyatını bitirib yatmaq istəyimiz səbəbiylə dişlərimizi daha qısa müddətdə, daha sərt şəkildə fırçalayırıq. Dişləri sərt fırçalamaq diş ətlərinin qanamasına səbəb olduğu kimi, diş ətlərində qalıcı yaraların meydana gəlməsinə də səbəb ola bilər.
Elektrikli diş fırçalarının demək olar ki, hamısı həssas sensorlar köməyiylə dişlərinizi sərt fırçalamağa mane olur. Bu səbəblə dişlərinizə etdiyiniz təzyiqə nəzarət edə bilmirsinizsə, bu cür diş fırçalarından istifadə etmək daha faydalı olacaqdır.
Diş pastalarındakı kimyəvi maddələrə qarşı həssaslığınız ola bilər.
İndiki vaxtda diş pastalarında istifadə edilən kimyəvi maddələr adətən bədənin reaksiya verə bilməyəcəyi xüsusiyyətdədir, ancaq hər kəsin bədəni fərqli olduğu üçün, bədəniniz diş pastasındakı bəzi kimyəvi maddələrə qarşı həssas ola bilər. Bu həssaslığın ən çox görülən əlaməti yanaq içlərindəki və damaqdakı dəri soyulmalarıdır.
Damaqda və yanaq içində soyulmalar olmasının səbəbi kimyəvi maddələrin ağız boşluğundakı dərini yandırmasından qaynaqlanır. Əgər diş pastalarına qarşı belə bir həssaslığınız varsa, bitki mənşəli diş pastalarını istifadə edə bilərsiniz.
Hormonal dəyişikliklər diş əti həssaslığını dəyişdirə bilər.
Xüsusilə qadınların hamiləlik və regl dövrlərində diş ətləri qanamağa daha meyllidir. Amma əmizdirmə müddəti ya da regl dövrü bitdikdən sonra hər şey normala dönəcəkdir. Bu dövrlərdə diş ətinizdə yaranacaq problemləri sıfıra endirmək üçün diş iplərindən istifadə edə bilərsiniz.
Diş əti qanamaları normal deyil.
Hər gün qolunuzun qanaması nə qədər normal deyilsə, dişlərinizi hər fırçaladığınız zaman qanaması da o dərəcə normal deyil. Diş əti qanamaları, diş əti iltihablanmalarının əlaməti ola bilər.
Diş əti iltihablanmaları isə nizamlı fırçalama və diş ipi istifadəsiylə asanlıqla müalicə edilə bilərsiniz. Eyni zamanda diş ətinizin rəngi və həssaslığı da, bədəninizin digər bölgələrindəki narahatlıqların xəbərçisi ola bilər. Bu səbəblə əgər diş ətləriniz nizamlı olaraq qanıyırsa, ilk olaraq mütləq bir diş həkiminə müraciət etməli və problemin altında yatan şeyin nə olduğunu anlamalısınız.
Limonlu su diş səthinə zərər verir.
Limonlu suyun sağlamlığımıza olan faydalarını nəzərə alaraq, insanların bir çoxu limonlu suyu gündəlik qidalanma rasionlarına əlavə etmişlər. Limonlu su, bədəninizin böyük hissəsi üçün sağlam bir seçim olsa da, limon və ya limon bənzəri turşu ehtiva edən meyvələr diş səthinə zərər verir.
Bu səbəblə turşulu bir şey yeyib içdikdən sonra dişləriniz həssaslaşır. Turşulu bir şey yedikdən sonra dişlərinizi fırçalamaq üçün ən az 30 dəqiqə gözləyin, lazım olsa yalnız duru su ilə ağızınızı çalxalayın. Limonlu su içmək istəyirsinizsə, bunu yalnız səhərlər edin və meyvə yeyəcəksizsə mümkün qədər az nisbətdə turşuya məruz qalmaq üçün başqa qidalarla birlikdə qəbul edin.
Qəbul etdiyiniz dərmanlar ağız və diş sağlamlığınıza mənfi təsir edə bilər.
Həddindən artıq dərman istifadəsi, ağız quruluğunu ən əhəmiyyətli səbəblərindən biridir. Edilən araşdırmalar, dərman istifadəsindən sonra insanlar fərq etməsə də tüpürcək ifrazının 50% azala biləcəyini göstərir.
Tüpürcək ifrazının azalması, yaranan ərplərin ağızdan atılmasını yavaşladır. Bu səbəblə damaqda və diş ətlərində yaranan ərplərdən qaynaqlanan yaralar meydana gələ bilər. Bu səbəblə dərman istifadə etdiyiniz zamanlarda mütləq kafi miqdarda su içdiyinizdən əmin olmalısınız.
Dişləriniz sizə ümumi sağlamlıq vəziyyətinizlə bağlı əhəmiyyətli ipucları verir.
Ağız və diş sağlamlığı, ümumi sağlamlığınızla bağlı əhəmiyyətli ipucları verərək xəstəliklərin əvvəlində ya da sonrasında diaqnoz qoyulmasında əhəmiyyətli rol oynayır. Məsələn, diabet xəstələri normal bir insanla müqayisədə diş və diş əti xəstəlikləri yaşamaq ehtimalı 3 dəfə daha çoxdur. Yəni, diabet xəstəliyinin ilk əlamətləri ağız və dişlərdə özünü göstərir.