Bəzən heyvanların intellektual bacarıqları həqiqətən də bizi heyrətləndirir. Məsələn, Kanzi adlı 29 yaşlı şimpanze 450 sözün səsləndirilməsin tanıyır və insanla kompyuter vasitəsi ilə ünsiyyət qurmağı bacarır. Şimpanzelərdən başqa digər heyvanlar da özlərinin məntiqi hərəkətləri ilə təəccüb doğura bilir.



http://imageshack.com/a/img673/7186/bX0VT9.jpg

Bir qayda olaraq Jako tutuquşusu ən ağıllı quş hesab olunur. Bu quşlara nəyisə anlatmaq olduqca asandır, çünki onlar olduqca məntiqli quşlardır. Təlim və məşqlər əsasında bu quşlar 50-dən çox predmeti ayırd etməyi öyrənə bilirlər.

 

 http://imageshack.com/a/img674/6889/IFVc2x.jpg

Şimpanzeləri hər kəs məntiqli heyvan kimi tanıyır. Son zamanlarda aparılan elmi araşdırmalar göstərir ki, Şimpanzelər öz gələcəyini planlaşdıraraq hərəkət edir.


http://imageshack.com/a/img538/5811/PHy5JH.jpg

Hələ qədim zamanlardan itlər insanların sadiq dostu kimi qəbul edilir. İtlər 300-ə qədər sözün səslənməsini öyrənib ayırd edə bilirlər.


http://imageshack.com/a/img742/6896/1ipG3Q.jpg

Donuzlar özlərinin yaddaşı və intuisiyası ilə fərqlənirlər. Onlar öz adlarını və bir neçə sözün səslənməsini asanlıqla tanıya bilirlər.


http://imageshack.com/a/img908/3107/izzA5f.jpg

Qarışqalar isə zəhmətkeşliklə bərabər, həm də hiyləgərdirlər. Qarışqalar böyük qrup kimi birləşıb özlərinə daha kiçik qarışqa kaloniyalarını tabe etdirirlər. Kiçik qarışqa kaloniyaları isə qul kimi işlədilir.


http://imageshack.com/a/img537/3456/PFnMTV.jpg

Delfinlər özünü güzgüdə tanıya bilən sayılı heyvanlar arasındadır. Delfinlər ölənə qədər öz anasını və qrup liderini bütün delfinlər arasında ayırd edə bilir və onlara özünəməxsus, fərqli şəkildə münasibət bəsləyir.


http://imageshack.com/a/img912/3395/9dwS4X.jpg

Fillər olduqca ağıllı və emosional məxluqdurlar. Fil özünə qohum filləri tanıyır. Filin balası yaxud ona qohum fil öldükdə, fil günlərlə onun leşinin yanında durur.


http://imageshack.com/a/img901/2586/zxyYG1.jpg

Bütün quşlar arasında ölçüsünə görə ən böyük beyinə qarğalar malikdirlər. Düşüncəli olan qarğalar özlərinin bala quşlarına qarşı xüsusi emosionallıqla yanaşırlar. Qarğalar özlərinin yuvasını qurarkən elə elementlərdən istifadə edirlər ki, hətta güclü külək, qasırğa zamanı onların bala quşları təhlükəsizlikdə olur. Bu arada qeyd edək ki, bəzi qarğalar iddialara görə 200 ilə kimi yaşaya bilir.


http://imageshack.com/a/img909/2539/mouHm8.jpg

Alimlər qeyd edirlər ki, afrikalı babuinlər özünü aparma və hərəkətlərini idarə etməsinə görə insanlara bənzəyirlər. Beləki, bu heyvanlar vaxtaşırı stress və depressiya keçirirlər.