Texnologiyanın inkişafı ilə birlikdə, istehsal olunan məhsulların daha keyfiyyətli olması, bununla birlikdə də daha uzun ömürlü olaraq istifadə edilməsi ümid edilir. Maraqlı olan burasıdır ki, qloballaşan dünyada işlər belə getmir.

Gündəlik söhbətlərimizdə davamlı müzakirə etdiyimiz mövzu olan və zəmanət müddəti yeni bitmiş olmasına baxmayaraq xarab olan paltaryuyan maşınlar, soyuducular, televizorlar; möhkəm görünməsinə baxmayaraq birdən-birə işləməyən və təmir, ehtiyat hissə dəyişikliyi yenisinin qiymətindən daha çox olan yazıcılar (printer); davamlı olaraq yenilənən bir-iki il sonra artıq yeni çıxan heç bir proqramı düzgün çalışdırmadığı üçün kənara atılan “ağıllı” telefonlar; ilk yumada əyilən paltarlar; bir il belə dayanmayan ayaqqabılar “həyatın acı həqiqətləri” dir. Bu həqiqətləri bəzi misallarla başlayaq izah etməyə və anlamağa.


Bir “Lampoçka”nın1 sizcə neçə il ömrü var?

Düşünürəm ki, heç-kimin ağlına 114 il demək gəlməyib, ancaq ABŞ-ın Kaliforniya əyalətində Livermore Xilasetmə Müdirliyinə hədiyyə edilən “lampoçka”nın 114 yaşı var. 1903, 1937 və 1976-cı illərdə yaşanan elektrik kəsilməsi xaricində heç sönmədiyi deyilir.

Elm adamları həmin “lampoçka”nın sirrini hələ də tapa bilməyib, lakin tapmamağın səbəbinin planlı köhnəltmə deyilən anlayışla əlaqədar olduğu düşünülür. Planlı köhnəltmənin nə olduğu necə işlədiyi ilə əlaqədar bir az məlumat verək.

Planlı köhnəltmə, məhsulun müəyyən bir istifadəsindən sonra funksiyasını itirməsi olaraq təyin olunur. Bunu edənlər isə istehsalçı firmalardır, çünki bir məhsula ehtiyacı olan adam mağazalardan məhsulu tədarük edir və məhsul müəyyən zaman sonra ömrünü doldurduğunda istehlakçı təkrar bu məhsulu yenidən almaq məcburiyyətində qalacaq. Bu da istehsalçının işlərini artıracaq.


Bu taktika nə vaxt və harda meydana gəlib?

1-ci Dünya müharibəsindən sonra ard-arda yaşanan böhranların qərb iqtisadiyyatlarını çökmə nöqtəsinə gətirməsi, dövlətləri iqtisadi sahədə struktur dəyişikliklərini reallaşdırmağa vadar edir. İqtisadiyyatın çarxları dönmür, işsizlik inanılmaz səviyyələrə gəlib çıxır. Gerçəkləri əyib-bükə, başımızı qarışdırmada mahir olan iqtisadçılar “tələb çatışmazlığına” bağladıqları, amma əslində həddən artıq istehsal böhranı olan 1929 böhranı ilə birlikdə həll axtarışları sürət qazandı. “Tələb çatışmazlığını” aradan qaldıra bilmək üçün ictimai və fərdi xərcləri artıracaq siyasətlər tətbiq olunmağa başlandı.

Axtarılan cavab tapılır…

Amerikalı İqtisadçı Bernard London, Böyük Depressiya sonrasında iqtisadiyyatın davamlı olması üçün, hər məhsulun ömrünün qanunla təyin olunmasının lazım olduğunu təklif edən bir məqalə nəşr edir.

Beləcə insanlar davamlı satın almağa təşviq ediləcək, “tələb çatışmazlığı” problemi olmayacaqdı. İqtisadiyyatın çarxlarının dönməsi tələbin artması ilə birlikdə təmin ediləndə məşğulluq problemi də aradan qalxacaqdı.

Bu təklif London’un dilə gətirdiyi kimi qanunların gücü ilə olmayacaqdı, bəlkə, amma böyük şirkətlər irəliləyən illər boyunca qanunlardan daha təsirli yollarla bunu reallaşdırdılar.


1960-ci ildə Vance Packardın qələmə aldığı “The Waste Makers” da isə yazar anlayışı iki şəkildə ələ almışdır; 

Funksiyaların köhnəldilməsiArzuların köhnəldilməsi.

Arzuların köhnəldilməsi, psixoloji köhnəltmə olaraq da xatırlanmaqdadır. Bu anlayış daha çox moda və trend cəhətdən məhsulların müştərilərin zehinlərində köhnəldilməsi ilə bərabər tutulmaqdadır.

100 il ömrü olan “lampoçka” iqtisadiyyatı məhv edər.

110 ildən uzun müddətdir çalışan bir “lampoçka”nın var ola biləcəyini yuxarıda misal verdim. Qısacası, qəbul etmək nə qədər çətin olsa da 100 il əvvəl istehsal edilən “lampoçka”lar bugünkü məhsuldan daha çox davamlıdır.

20-ci əsrin başlarında çıxarılan “lampoçka”ların istifadə ömrü 2 500 saata yaxın idi. Məsələ burasındadır ki, sonralar çox millətli şirkətlər bir araya gələrək bir kartel meydana gətirir və “lampoçka”nın istifadə ömrünü qısaltmaq üçün uzun müddətli bir fəaliyyətə başlayırlar.

Phoebus Kartel deyilən bu şirkətlər qrupu pilləli olaraq lampoçkaların ömrünü qısaldaraq 1940-ci ildə, hədəflədikləri müddət olan 1000 saata salmışdır.


Planlı Köhnəltmə nədir?

Texnologiyasını inkişaf etdirən firmalar uzun dövrdə bazara çıxaracaqları məhsulları əvvəlcədən dizayn edir və ən aşağı xüsusiyyətli olandan başlayaraq müəyyən periyodlarla bazara çıxarırlar. Beləcə bazara çıxarılan hər yeni məhsulda bir əvvəlki məhsul daha zəif, yeni ehtiyacları qarşılamaqdan daha məhrum və daha dəbdən düşmüş olur.

Beləliklə uzun müddət istifadə ediləbilən amma inkişaf edən ehtiyacları qarşılamaqdan şüurlu olaraq məhrum qalacaq şəkildə hazırlanmış məhsulları də əhatə edəcək şəkildə genişlənmişdir.


Bəs sistem necə işləyir?

Sistem iki təməl ünsürə dayanır:

Qəsdən: məhsuldarlığın planlı olaraq qarşısının alınması yolu ilə məhsulun istifadə edilməz hala gətirilməsi.

Bilavasitə: İstehsalda əlavə xərcdən qaçınmaq və müştərilərin davamlılığını təmin etmək üçün əsasən keyfiyyətsiz vəsait ucuz dizayn yolu ilə mənfəət məqsədli kəsintilər edilir. Bu birbaşa adi mal olaraq xarakterizə edilə bilər.

Məsələn, Elektron mühafizə üçün plastikin istifadə edilməsi həm firma, həm də istehlakçı üçün ucuzluq deməkdir, lakin bu vəsaitin dözümlülüyü, nümunə vermək lazım olarsa çox bahalı olan titan metalına müqayisədə azdır. İstehsalın əvvəlki versiyasının artan məhsuldarlığını tarazlıqda tutmaq üçün yeni məhsulların və xidmətlərin təqdim edilməsi funksional faydalarına və sonsuz israfa baxmayaraq daimi olmalıdır.


 
 

Planlı köhnəltmənin növləri:

Sistematik köhnəltmə: Vaxtaşırı məhsulların daha üst versiyalarının çıxarılması və yeni məhsulun köhnəsinə olan üstünlüklərinin vurğulanması ilə həyata keçirilir. Proqram bazarında tez-tez görülməkdədir.

Stil köhnəltmə: Məhsul dizaynının davamlı olaraq yenilənməsi ilə tətbiq edilir. Ağlınıza dərhal avtomobilləri hər il yeniləyən avtomobil istehsalçıları və tekstil sektoru gəlir mi?

Bildirişlə köhnəltmə: Bu üsul nadir istifadə edilir. Firmaların məhsullarına ümumiyyətlə rəqəmsal üsullarla əlavə etdikləri və müəyyən bir istifadə sonunda xəbərdarlıq verərək məhsulun dəyişdirilməsi lazım olduğunu söyləyən sistemlər ilə aparılır. Hər nə qədər məhsul istehlak müddətini tamamlamadısa da istehlakçı yaşadığı çaxnaşma ilə satın almağa yönəlir.

İstehlak edərək köhnəltmə: Bu növ köhnəltmə, məhsulun çalışması üçün əlavə bir başqa məhsula ehtiyac duyduğu hallarda reallaşır. Nümunə olaraq kompüter yazıcılarının (printer) “katridc”ləri verilə bilər.


Buraya qədər necə istehlak etdiyimizi və soyulduğumuzu gördük. İndi özümüzə belə bir sual vermənin vaxtıdır, “bir neçə ildə istifadədən çıxan kompüterlərimiz, mobil telefonlarımız, müxtəlif elektron alətlərdən ibarət olan nəhəng zibil yığınlarımız hara gedir?”

Cavab verək. Əlbəttə onlar buxarlaşıb yox olmur. İnkişaf etmiş ölkələrdəki bu zibillər ümumiyyətlə dünyanın müxtəlif yoxsul bölgələrinə göndərilir. Bu ölkələr oraları zibilliyə çevirərək bu dərddən qurtulur. Məsələn, kompüter hissələri və elektron sxemlərin tullantılarının çox böyük qismi Gana’ya ikinci əl məhsul adı altında “ixrac” edilir. Əslində millətlərarası müqavilələrdə elektron zibilliklərin daşınması qadağandır, lakin ikinci əl məhsul olaraq gedərsə problem olmur. Bu da ayrı bir mədəni fırıldaqdır.

Beləcə istifadə vəziyyətindəki bu ikinci əl məhsullar atıldıqları yerləri zibil dağlarına çevirərək tam mənasıyla bir təbiət təxribatına səbəb olur. Qananın bir çox bölgəsində çay yataqları kimi təbii sahələr bu zibillərə görə bərpa edilməyən ziyana uğrayıb. O bölgələrdə yaşayan insanların dolanışıqlarını təmin etdikləri balıqçılıq kimi fəaliyyətlər də aradan qalxdığı üçün insanlar daha da yoxsullaşır. Bu vəziyyət yalnız Qanada deyil.

Planetimiz gün keçdikcə çirklənir. Bu çirklənməyə görə təbii qaynaqlar istifadə edilməz hala gəldiyi kimi, milyardlarla insanın həyatı da risk altına girir. Aclıq, susuzluq, epidemiya kimi xəstəlik təhdidi bəlkə bu gün bizim qapımızda deyil, amma bunun 1000 il yaşamasına icazə versək, o da bizi bir gün mütləq ziyarət edər.

İstehlak vərdişlərimizi mütləq dəyişdirmək lazımdır. Yalnız bu qədəri də bəs etmir. Böyük şirkətlərin bizi necə soyduğunu yuxarıda görməyə çalışdıq. Bir “lampoçka” 110 il işləyə bilər. Əgər istənilsə həyatımızın dəyişməz bir parçası olan bütün digər məhsullar da çalışar, amma unutmayaq ki, istehlakçı bizik və istədiyimiz vaxt bunu dayandırıb sistemi iflic edə bilərik.

Şüurlu istehlak ümidi ilə….

 

  1. Azərbaycan izahlı lüğəti. Adq.az