Afrika maskaları olduqca uzun bir ənənəyə malikdir və onlarla bağlı bir çox fərqli məna vardır. Bu maskalar əksəriyyətlə bir fərdin əxlaqi və psixoloji xüsusiyyətlərinin təsviri üçün istifadə edilir.
Kamerun maskası: Tək bir parça taxtadan oyulmuşdur ; bolluq və imtiyazı işarə edir. Bu mənalar maskada açıq bir ağız və dolu yanaqlar ilə təsvir edilmişdir. Kamerun maskalarının bəzilərində heykəlin başlığı vardır, bu başlıq müdriklik və imtiyazı təmsil edən hörümçəklər mənasını verir.
Mitsogo maskası: Mitsogo Maskası ağardılmış üzü ilə xarakterizə olunur. Ağız, qulaq və burnu qırmızımtıl-qəhvəyi rənglidir. Maskaların aid olduğu Mitsogo insanları Qabona dağlıq bölgələrdən gəlməkdədir.
Ngiliz maskası : “Fang” qəbiləsinin insanları ngiliz maskası geyirdilər. Bu maskalar kişi gizli təşkilatına yeni üzvlər artırmaq üçün istifadə edilmişdir. Fang maskalarının Qana tarixində böyük əhəmiyyəti var.
Cənazə maskası : Bu maska Bete və Yoruba insanları tərəfindən istifadə edilmişdir. Bu maskaları geyməkdə məqsəd, cadugərlərdən xilas olmaq idi. Nigeriyadakı Yoruba insanları cənazə maskalarının, ölən kəslərin ruhunu diriltməyə inanırdı. Həm də bu cür maskaları geyən kəslərin ölü ruhlar ilə danışa bildiyinə inanırdılar.
Guro maskası: Fil dişi sahilinin yerliləri bu maskanı taxırdılar. Guro maskası ” Gu ” ruhunu təmsil edir. Afrika qəbilə mifologiyasındakı xarakterlərdən biri olan ” Gu ” fövqəltəbii bir varlığın əridir.
Baule maskası: Baule maskaları məhsul festivallarında və rəqslər əsnasında istifadə edilirdi. Həm də cənazələrdə əhəmiyyətli qonaqları başqalarından ayırmaq üçün də istifadə edilmişdir.
Punu maskası: Punu maskası, Qabon insanları ilə əlaqələndirilir və ağ boyalıdır . Bu maska atalarının ruhunu təmsil edir. Qabon insanları şənliklər və festivallar zamanı bu maskanı istifadə etmişlər.
Afrika maskaları ümumiyyətlə babaların, tanrıların və mifoloji varlıqların ruhunu təmsil etmək üçün istifadə olunur. Maskalar bu ruhları və tanrıları təmsil etmək məqsədiylə, rəqqasələr tərəfindən fərqli mərasimlərdə geyilir. İnsanlar bu maskaları döyüş hazırlıqları, toy, məhsulların yığım zamanları və qəbul mərasimlərində geyərdi. Rəqs mərasimlərində ənənəvi Afrika musiqi alətləri ilə çalınan musiqi və rəqslərə maskalar yoldaşlıq edərdi.