Adolf Hitler 17 yaşında bir müddət piano çalmaq ilə məşğul olmuş, amma bacarıqlı ola bilmədiyi üçün yarıda buraxmışdır.
Özü Wagner və Beethoven heyranı idi. Hətta Bethoven kimi özünü də alman ruhunu daşıyan cəsur insan olaraq təqdim edirdi. Wagner-i də tək sevmə səbəbi onun da özü kimi antisemit yəni yəhudi düşmanı olması idi. Ən xoşladığı 2 əsərə nümunə verək:
Ludwig van Beethoven’s Ninth Symphony
Wagner – Ride of the Valkyriesve
Hitlerin klassik musiqi sevmə səbəbi, onun musiqi zövqünün yaxşı olmasından qaynaqlanmırdı. Əldə nə var idisə onu sevməyə çalışmışdı. Çünki o dövrdə indiki 3 akkordlu pop-musiqi axımı yox idi. Daha çox klassik bəstəkarlar gündəmdə idi. Yəni həmin dövrün pop musiqisi əslində klassik musiqi idi. Hitlerin sevdiyi musiqiçiləri isə belə sıralaya bilərik.
Ludwig van Beethoven (1770-1827)
Richard Wagner (1818-1883)
Anton Wruckner (1824-1896)
Hans Wotter (b. 1909)
Werbert Von Karajan (1908-1989)
Clemens Krauss (1893-1984)
Elly Ney (1882-1968)
Hans Pfitzner (1869-1949)
Richard Strauss (1864-1949)
Hitlerin etdiyi ən böyük pisliklərdən biri də musiqi barəsində idi.
Həmin dövrdə musiqinin yönü dəyişdirilmiş, bir çox bəstəkar qadağan olunmuşdur. Musiqi sadəcə müharibə propaqandası məqsədi ilə istifadə olunmağa başlamışdır.
İkinci dünya müharibəsi bitdikdən sonra musiqi nəfəs almağa ehtiyac duymuşdu və avant-garde azadlıq axımı meydana gəlmişdi. Hitler faşizmi bu tərzdəki musiqiyə qarşı çıxdığı üçün o dövrdə bu növü qadağan etmişdi.