Maria Reiter, ləqəbləriylə Mimi və ya Mitzi
16 yaşında Obersalzberg’də yerləşən bir mağazada işləyərkən 37 yaşlı Hitler ilə tanış olduqdan sonra həyatı dəyişir. Hitler bir neçə dəfə onu gizli-gizli izlədikdən sonra, onu ilk fürsətdə axşam yeməyinə dəvət edir. Yemək əsnasında da ona qarşı arzularını danışır. Mimi’nin cavabı qəti olaraq rədd olsa da, Hitler onu öpməyi bacarır və münasibətləri başlayır.
Hitlerin Mimi üçün olan ehtirası, Mimi’nin danışdıqlarına görə onu həyat yoldaşı etmək istiqamətində idi, lakin Hitlerin hələ 18 yaşı tamam olmamış bir qızla birlikdə olduğunun bilinməsi qalmaqallar yarada biləcəyindən Hitler münasibəti bitirmək məcburiyyətində qalmışdı. Onunla evlənmək istəsə də bir vəzifəsi olduğunu və bunun hər şeydən əvvəl gəldiyini dəfələrlə Mimi’yə izah etmişdi. Maria Reiter üçün bu o qədər asan deyildi.
Həyatından Hitlerin ayrılmasından sonra düşdüyü böhranla özünü asAraq intihara cəhd edir.
Şansı gətirir, ətrafda olan qohumlarından biri ipi kəsərək, Mimi’ni orada ölməkdən son anda xilas edir. Bir otel sahibi ilə evlənən Mimi, 1931-ci ildə boşandıqdan sonra yenə Hitler ilə görüşdüyünü xatirələrinə yazmışdı. Hitlerlə olduqca gözəl bir gecə keçirmələrinin ardından Hitler onun Münihdə sevgilisi olaraq qalmasını istəmiş, Mimi evlənmək istədiyindən münasibətləri orada bitmişdir.
Daha sonra əhəmiyyətli bir Alman vəzifəlisi Kubisch ilə evlənsə də yoldaşını müharibədə itirir. Qaynaqlarda Hitlerin ona 100 qırmızı gül ilə başsağlığı verdiyi deyilir. 1992-ci ildə öldükdən sonra Hitlerin ona yazdığı eşq məktubları bu sevginin dəlilləri olaraq geridə qalmışdır.
Geli Raubal
4 iyul 1908-ci ildə anadan olan Geli, əslində Hitlerin ögey qohumu idi. Atasını iki yaşında itirən Geli, 17 yaşı olanda anası Hitlerin evində işə başlaqdıqdan sonra, ögey əmisi ilə yaxınlaşmağa başlamışdı.
Əczaçılıq təhsili almaq üçün Münhen Lüdviq Maximilian Universitetinə başlasa da, Hitler də onun ona yaxın olmasını istəyirdi. Bu yaxınlığın nəticəsi olaraqmı yoxsa başqa səbəbdənmi, amma sürücüsü Emil Maurice ilə əlaqəsi olduğunu öyrəndikdən sonra dəliyə dönən Hitler, Maurice’i qovub, Geli’ni isə əsir kimi bir həyata məhkum etmişdir. Hara gedərsə getsin Hitlerin adamlarında biri yanında getmişdir.
Geli, 18 Sentyabr 1938-ci ildə Hitler ilə bu mövzuları mübahisə etdikdən sonra intihar etmişdir.
Hitlerin Münihdəki evində Hitlerin tapançası ilə intihar etməsi Hitlerə olduqca pis təsir etmişdir. Hitler daha sonra etdiyi bir reportajda tək aşiq olduğu qadının O olduğunu söyləmişdir.
Eva Braun
Eva Braun, Hitler səbəbiylə 3 dəfə intihara cəhd etmiş, amma üçüncüsündə müvəffəqiyyətli olmuşdur. Braunun hekayəsi Hitlerin həyatında ən çox təsir buraxan, 16 ilini birlikdə keçirdiyi və ən sonunda Hitler intihar etmədən 1 gün əvvəl onunla evlənən bir qadının hekayəsidir.
Tanış olmalarına gəlincə, Eva 1929-ci ildə fotoqraf Hoffman’ın yanında çalışarkən tanış olur Hitler ilə. O da digər qızlar kimi 18 yaşından kiçikkən yəni 17 yaşındaykən bu eşqə addım atır. Olduqca lüks bir həyat yaşamasına baxmayaraq ən böyük istəyi olan evliliyin önü Hitlerin “mən onsuz da Almaniya ilə evliyəm” sözləriylə kəsilir. İlk olaraq bir vida məktubu yazdıqdan sonra 1 noyabr 1932-ci ildə intihara cəhd edir, amma güllə ürəyi yerinə boynuna dəyir.
Daha sonra eşqləri alovlansa də Hitlerin başqa qadınlara marağını öyrənəndə ikinci dəfə intihar etdiyi deyilir, bu səfər də bacısı tərəfindən son anda xilas olunur.
Son intiharı isə Almaniyanın müharibədə məğlub olacağı anlaşılanda Hitler ilə birlikdə olur.
1 gün əvvəl ölmədən əvvəlki son arzusu olan Hitlerin həyat yoldaşı olmağı bacaran Eva, sevdiyi adamla birlikdə intihar edir və zəhər içərək həyatına son verir.
Eva Braunun ona olan eşqi azalsa da, evlənmə arzusu son ana qədər tükənməmişdi. Bəs Hitler ilə eşq yaşamaq necə bir duyğu idi? 1935-ci ildə söylədiyi; “Şeytan məni nə üçün yanına aparmır? Әminəm ki, ora buradan gözəldir.” sözü bu dünyada yaşadığı iztirabın sözlərə tökülmüş halı idi.