1998-ci ildə nasistlərin cinayət aktlarının icitmaiyyətə açıqlanmasından sonra A.Hitler haqqında SS idarəsi tərəfindən toplanan 1942-ci ilin məxfi qovluğu da daxil olmaqla, təxminən üç milyon məxfi fayl üzə çıxıb.

Həmin faktlardan bir neçəsini təqdim edirik:

Xarici görünüş

• Nə dərəcədə isti olmasından asılı olmayaraq, Hitler heç vaxt gödəkçəsini (pencəyini) insanlar arasında çıxartmayıb.

• 1923-cü ildə Nasist partiyasının mətbuat katibi Dr.Sedvik Hitleri onun ″ticarət markası″ndan – bığcıqlarından azad olmasına və ya onları artıq normal ölçüdə uzatmağa inandırmağa çalışıb. Hitler isə bu təklifi belə cavablandırıb: ″Siz mənim bığlarım barədə narahat olmayın. Bu, indi dəbdə deyil, lakin sonra dəbə minəcək, çünki onları mən gəzdirirəm!″


Sosial davranış

• Hitler digərləri ilə nahar zamanı ümumi mövzularda söhbətin uzanmasına imkan verir, lakin bir neçə saat sonra özünün çoxsaylı monoloqlarından birinə başlayırdı. Onun bu nitqləri əvvəldən sona qədər əla olub, çünki o, imkan düşdükcə nitq məşqləri edirmiş.

• Onun sevdiyi mövzularda “Mən əsgər olanda…″, ″Mən Vyanada olanda…″, ″Mən həbsxanada olarkən…″, və ″Partiyanın ilk günlərində lider olarkən…″ ifadələri yer alırdı.

• Əgər Hitler Vaqner və operalar barədə danışmağa başlayardısa, heç kim onun sözünü kəsməyə cürət etmirdi. O, bu mövzuda hamını öyrətməyi sevirdi. Onun bu söhbətləri zamanı çoxlarını yuxu tuturdu.


Şəxsi vərdişləri

• Hitleri heç vaxt nə idman, nə də oyunlar maraqlandırıb. Onun idmanı da, oyunu da nadir hallarda çıxdığı gəzinti olardı.

• O, adətən, özü ilə eyni tonda danışa-danışa otağın bir küncündən digər küncünə sürətlə addımlayarmış.


Əyləncə

• Hitler sirki sevib. O, az məvacib alan sirk işçilərinin onu əyləndirmək üçün canlarını təhlükəyə atmalarından qeyri-adi həzz alırdı.

• Hər gün gecəyə yaxın Hitler şəxsi kinoteatrında sadə almaniyalıların baxmalarının qadağan edildiyi xüsusilə xarici filmlərə baxırdı. O, komediyaları çox sevirdi. Yəhudi komediya aktyorlarına uzun müddət gülərdi. Hitler avropalı musiqi ifaçılarını da sevirdi, amma bu və ya digər kompozisiyaya qulaq asdıqdan sonra mütləq mahnının ifasının çox pis olduğunu qeyd edirdi.

• Hitlerin tabeliyində olanlar siyasi məhbusların işgəncəsini onun üçün videolentə alırdılar. Belə videolara baxmaq diktatora böyük zövq verirdi. O, kinoxronikaya baxmağı çox sevirdi, ələlxüsus özü orada iştirak edirdisə.

• O, qaraçı musiqisi, Vaqnerin operalarını bəyənirdi. Amerikanın futbol komandaları və universitet himnləri onun xüsusilə xoşuna gəlirdi.

• Kütlələri cuşa gətirmək üçün o, nitqlə çıxış edərkən Amerika universitetləri və futbol komandalarının stilində olan musiqilərdən istifadə edirdi. Onun salamlama şüarı – ″Ziq Hayl” Amerika futbolu azarkeşlərinin komandalarına azarkeşlik zamanı istifadə etdikləri texnikaya əsaslanırdı.