1945 –ci il aprelin 12-i cümə axşamı günorta saat 5.45 dəqiqədə CBS radio şəbəkəsi “Səhra Yolu” adlı növbəti radioserialını efirə verməyə başladı. Ancaq dörd dəqiqə sonra həmin illərin məhşur radio şərhçisi Con Dalinin səsi eşidildi. O dedi:
– Biz CBS xəbərlər xidmətinin təcili məlumatını vermək üçün programımızı kəsirik. Ağ evin mətbuat xidməti elə indicə xəbər verir ki, prezident Ruzvelt vəfat etmişdir.
Dünya agentlikləri xəbəri bir an içində bütün dünyaya yaydılar. Birinci xəbərdən iki dəqiqə yarım sonra Dali yenidən eifrə çıxdı.
– Prezident beyninə qan sızmasından vəfat etmişdir… Hələik yalnız o məlumdur ki, prezident Corciya ştatında, Uorm-Springsdə vəfat etmişdir. Sn bir neçə gündə o paytaxtda deyildi, belə ki, hər həftənin çərşənbə axşamı keçirilən ənənəvi mətbuat konfransı təxirə salınmışdı… Bu sarsıdıcı xəbər bizim milli siyasətimizə və müharibəyə dərindən təsir göstərəcəkdir.
Mrs. Elanora Ruzvelt vitse-prezident Trmeni Ağ evə dəvət etdi ərinin ölümü barədə məlumat verdi…
Kabinet dərhal yığışdırıldı. Mrs. Ruzvelt admiral Mark İntayr ilə Vaşinqtondan Uorn-springsə yola düşdü. Dəfn mərasimi Ağ evin Şərq salonunda olacaqdır…Prezident Hyde Pardkda dəfn ediləcəkdir…
CBS radiostansiyasının digər şərhçisi Bill Herninin məlumatında Prezidentin portretini çəkdirmək üçün rəssam qarşısında oturan vəziyyətdə huşnu itirməsi və iki saat sonra da ölməsi deyildi.
Bu material, prezidentin ölümündən dərhal sonra 1945-ci il aprelin 18-də işıq üzü görmüş “Franklin Ruzveltin xatirəsi” kitabından götürülmüşdür. Burada dəfnin alincənablıq və ləyaqətlə keçirildiyi görünür. Ancaq başa düşülməyən bir neçə qəribəliklərə fikir verməmək mümkün deyildir. Kitabı dövlət xadimlərinin, diplomatların, jurnalistlərin, məmurların və hətta sadə adamların nitqləri və fikirləri ilə dolduran tərtibçilər nəyə görəsə gözləri qarşısında Ruzveltin öldüyü rəssamdan heç nə soruşmamış və hətta onun adını da çəkməmişlər. Ölüm haqqında tibbi rəy də çap edilmədi: Ruzveltin şəxsi həkimi admiral Mark İntayrın fikri heç yerdə göstərilməsə də, onun ailəsi ölümün səbəbinin aydın olduğun hesab etdilər. Tabutun açılmasına icazə verməmiş kapitan Paulin və Mrs. Ruzveltin özünün davranışı qəribə idi: Cənazə duası bağlı tabut qarşısında oxunmuşdu.
Bütün bunlar prezidentin həyatının son saatları və dəqiqələri ilə bağlı hansısa müəmmanın olduğunu ehtimal etməyə bizi məcbur edir. İndi bu sirr bir qədər açılmağa başlayır…Franklin Ruzveltin ölümündən iyirmi il sonra, onun həyatdan getməsinə aid bir çox versiya ortaya çıxdı.
Yalta konfransından sonra, Ruzvelt başda olmaqla, Amerika nümayəndə heyəti Misirə uçdu, “Kunsi” ağır kreyseri gözləyirdi. Prezident bu gəminin göyərtəsində 1945-ci il fevralın 12, 13 və 14-də Yaxın Şərq ölkələrinin üç liderini-Misir Kralı Faruku, Efiyopiyanın imperatoru Hayle Selasiyeni və Səudiyyə Ərəbistanının kralı İbn-Səudu qəbul etdi.
Prezidentin oğlu Elliot öz xatirələrində öz ölkərinin hüdudlarından kənara birinci dəfə-Ruzveltlə görüşmık üçün xüsusi olaraq çıxmış bu məhşur monarxlarla atasının danışıqlarını təsvir etmişdir. Səudiyyə Ərəbistan kralı Amerika hərbi gəmisinə gəldi, gəminin göyərtəsində ona çdır qurulmuşdu. Zahir sadəlövh görünən kralın incə siyasətçi və sarsılmaz iradəyə malik adam olduğu məlum oldu. Ruzveltin özünün etirafına görə, kralla söhbət ona çox az məmnunluq vermişdi.
Əslində prezident Avropa ölkələrindən qovulmuş on minlərlə yəhudinin Fələstin ərazisində yerləşdirəyə razılıq verməsinə İbn-Səudu inandırmaq istəyirdi. Ancaq İbn-Səud bu təklifə qəti şəkildə “yox” cavabını verdi. O, bildirdi ki, Fələstində “yəhudilərdən ibarət olan, təpədən dırnağa qədər silahlanmış, almanlarla vuruşmaq istəməyən, açıq şəkildə ərəblərə qarşı yönəlmiş ordu artıq vardır”. Danışıqların sonrakı gedişində kral prezidentə guya belə deyib: “Sizin yəhudilər haqqında iki dünya müharibəsindən sonra ehtimal etməyə başladıqlarınızı, biz ərəblər artıq iki min ildir ki bilirik”.
Ruzvelt bu məlumatlardan heyrətə gəlmişdi. Prezidentin sözlərinə görə, onun Fələstin haqqında İbn-Səuddən beş dəqiqədə öyrəndiyi, bütün əvvəlki həyatı ərzində öyrəndiyindən artıq idi. Bəzi tarixçilərin fikrinə görə, prezident öz həyatını təhlükə altında qoyan bəyanat vermişdi: o, İbn-Səuda söz vermişdi ki, Birləşmiş ştatlar prezidenti ərəb xalqının əleyhinə olan heç bir hərəkət etməyəcək.
Prezidentin hansısa gizli şərti pozmasının və təhlükəli yola qədəm qoymasının birinci əlaməti Harri Hopkinsin davranışı oldu. Amerikanın böyük siyonisti Bernard Baruxun tövsiyəsi ilə Ruzveltin özünə köməkçi götürdyü bu adam, on il ərzində prezidentə sədaqət və düzlüklə xidmət edərək, onun ən incə tapşırıqlarını yerinə yetirmişdi. Bu sədaqətli xidmətin təminatı Hopkinsin dediyi kimi, Ruzveltin “tamamilə-rəsmi,fərdi qaydada öz əqidəsi ilə sionizmə kömək etməyi öhdəsinə götürməsi idi”. Prezidentin İbn-Səudə verdiyi vədi eşidərkən, Hopkinsin çıkdiyi sarsıntını təsəvvür etmək mümkün deyil! Danışıqları tərk edərək, o, kreyserdəki kayutuna çəkilmiş və üç gün sonra Əlcəzairdə düşmüş, üçüncü şəxs vasitəsilə Amerikaya başqa yolla gedəcəyi barədə prezidentə xəbər göndərmişdi. Əvvəllər prezidentin kölgəsi olmuş Hopkins onunla əlaqəsini tamamilə kəsmiş və prezidentin ölümünə qədər heç vaxt onunla görüşülməmişdi!
Ancaq Ruzvelt sanki təhlükə hissini itirmiş və öz ölümünə doğr getmişdi. Fevralın 28-də o, Vaşinqtona gəldi. Martın 28-də İbn-Səud ona göndərdiyi məktubunda ABŞ-ın siyonistlərə kömək edəcəyi halda, baş verəcək, qarşısı alınması mümkün olmayan təhlükəli nəticələr barədə xəbərdarlığını təsdiq etdi. Ruzvelt aprelin 5-də İbn-Səuda göndərdiyi cavab məktubu ilə ölüm hökmünü imzaladı. Bu məktubda o, vəd edirdi : “Amerika hökumətinin başçısı kimi ərəb xalqının əleyhinə yönələ biləcək heç bir hərəkət etməyəcəyəm”. Bir həftə sonra o, artıq sağ deyildi…
“Prezidentin uzun illər davam edən xəsəliyinə baxmayaraq, onun Henri Morgentaunun müşayəti ilə getdiyi Corciya ştatınınn Uorm-Springsdəki mükündə ölümü tamamilə gözlənilməz idi. Betezda hərbi-dəniz qospitalının tibb doktoru Bryunn adlı birisinin imzaladığı ölüm haqqında şəhadətnamədə ölümün səbəbi olaraq “arterioskleroz” nəticəsində “beyinə qan sızması” göndərilmişdi. Amerikanın həm federal, həm də ştatlarının qanunları gözlənilməz ölüm hallarında-xüsusən əgə söhbət vəzifəli adamlardan gedirsə, hələ prezidenti demirik,-meyitin yarılmasını nəzərdə tutr. Bundan başqa, Amerika ənənələrinə ygun olaraq, vəfat etmiş prezidnetlərin cənazələrini vidalaşmaq üçün tabutda açıq şəkildə qoyurlar. Ruzvelt vəfat etdikdə isə, nə meyit yarıldı, nə də cənazə açıq şəkildə qoyuldu. Prezidentin cənazəsi surğuclanmış tabutda Ruzveltin Nyu-York ştatında Hayd-parkdakı digər mülkünə aparılmış və burada dəfn edilmişdir. Tabutu onu açmağa cəhd edən hər kəsi güllələmək əmri almış silahlı əsgərlər müşayiət edirdi. Dəfndən sonra ,Hayd parkdakı qəbir, ola biləcək mümkün eksqumasiya cəhdinin qarşısını almaq məqsədi ilə, bir neçə ay ərzində silahlı mühafizəçilərlə qorundu”.
Artıq 1948-ci ildə E.Cozefsonun “Franklin D.Ruzveltin müəmmalı ölümü” kitabında prezidentin ölümünü təfsilatı ilə verilmişdi. Həqiqətən sensaiyalı olan bu təfsilat prezidenti əlində saxlayan yaxın ətrafdakıların məlumatları ilə təfərrüatına qədər təsdiq edilirdi. Arterisiklorez barədə diaqnoz prezidentin şəxsi həkimi, Uorm-Sprinqsdə Ruzvelti müşaiyət etməmiş, admiral dokrot Mark İntayr tərfindən təkzib edilirdi: Prezident müntəzəm olaraq müayinəsi beyin arteriyalarının sklerozunun heç bir əlamətini göstərmirdi, həkimin başlıca qayğısı prezidentin ürəyinin vəziyyəti idi…
Cozefsonun fikrincə, prezidentin ətrafında olan adamların (xüsusən Henri Morgentaunun) meyitin yarılmasına və cənazənin vidalaşmaq üçün açıq qoyulmasına iczə verməmələrinin səbəbinə şübhə yoxdur:Uorm-Springsdə olan keşişin məlumatına görə, prezident boynunun ardına açılan atəşlə öldürülüb. Görünür, kəllənin əks tərəfindən çıxan güllələr onun sifətini eybəcər hala salmışdı. Prezidentin arvadı Eleonora Ruzvelt cənazənin açıq qoulmasını guya “Ruzveltin ailə ənənələrinə uyğun olmaması” ilə izah etmişdir. Prezidentə “ailə ənənələrinin” tətbiq edilməli olmadığını nəzərə almasaq belə, bu fikir həqiqətə uygun deyildir: məsələn, prezidentin anası Sara Delano Rzveltin cənazəsi, oğlunun göstərişi ilə, vidalaşmaq üçün açıq qoyuluşdu. Mrs.Ruzvelt əvvəl dediyini unudaraq, 1958-ci il fevralın 8-də “Saterday ivninq post” jurnalında yazdıqları ilə öz-özünü təkzib edirdi: Hayd-parkdakı dəfndən sonra, ertəsi gün, onun oğlu Cimminin seyfdən tapdığı prezidentin şəxsi göstərişində deyilirdi ki, öldüyü halda onun cənazəsi Vaşinqtonda Kapitoliye qoyulsun. Onun yazdığı kimi, prezidentin ölümündən sonrasına aid bütün sərəncamların hamısı, yalnız biri istisna olmaqla, dəqiq yerinə yetirilmişdi… Təkcə cənazənin Kapitoliyə açıq qoyulması tapşırığı “müəmmalı şəkildə” yerinə yetirilmişdi. Elenora Ruzvelt ölkəni prezidentin başı üstündən, onun adından idarə edən prezident əhatəsinin başlıca əlaltısı idi.