Hər kəs yaşamaq uğrunda mübarizə haqqında maraqlı hadisələri dinləməyi sevir, lakin bu cür mövzuların qəhrəmanları uşaqlar olanda hadisələr daha həyəcanlı və qorxulu olur, çünki uşaqların özünü müdafiə, həyati mübarizə bacarıqları olduqca zəif və ram ediləndir. Çoxlarının ölə biləcəyi həyati təhlükəli vəziyyətlərdən uşaqların sağ çıxması sevindirici və bir az təəccüb doğurandır.
Körpə № 59.
Çində kanalizasiya borusundan çıxarılan körpə bütün dünyanın nəzərin özünə cəlb etmişdir. Körpənin gənc anası hamiləliyini ailə və dostlarından gizlədirdi. Qadın körpə oğlanı özünün çoxmənzilli evinin ictimai tualetində dünyaya gətirmişdir, hansıki körpə orada sürüşərək kanalizasiya borusuna düşmüşdür. Gənc ana polisi bu hadisədən xəbərdar edir, lakin körpənin anası olduğunu demir.
İki saatlıq xilas etmə əməliyyatı kameraya çəkilərək bütün dünyaya göstərilir. Körpə xilas edildikdən sonra dərhal xəstəxanaya aparılır və orada onu inkubatora uyğun № 59 adlandırırlar.
Polislər gənc qadının mənzilindən qanlı əşyalar taparaq onu şübhəli şəxs qismində izləməyə başlamışlar. Qadın əvvəlcə analığı inkar etsə də, sonradan boynuna almışdır. Xüsusi vəzifəli şəxslər ilkin olaraq hadisəni cinayət kimi qiymətləndirirlər. Sonradan aparılan istintaq və psixoloji əməliyyatlar qadının şok və qorxu halında olduğunu təsdiq etmiş və bu hadisəni bədbəxt hadisə kimi qəbul etmişlər. Körpə heç bir ciddi zərbə almamış, xəstəxanadan çıxarılaraq anasına veilmişdir.
Kolbi Arrendeyl (Colbie Arrendale)
Körpə Kolbinin Cessika Arrendeyl adlı anası məişət zorakılığının qurbanı olmuşdur. Cessika körpəsini xilas edərək özü amansızcasına öldürülmüşdür.
Hadisə baş verən gecə Cessika münasibətdə olduğu Antuan Devislə axşam gəzintisinə çıxmışdır. Antuan Devis İraqda xidmət etmiş keçmiş dəniz piyadası idi. Antuan içki qəbul etdikdən sonra qəzəbli və idarə olunmaz olmuşdur. Cessika beysbol toxmağı vasitəsilə müdafiə olunmağa çalışırdı, lakin Antuan toxmağı onun əlindən alaraq əks hücum göstərməyə başlamışdır. Cessika 6 aylıq körpə Kolbini əlinə alaraq Antuanla birlikdə yaşadığı 3 mərtəbəli evin vannasında gizlənərək qapını kilitləyir. Keçmiş dəniz piyadaçısı hücum tüfənginə səs boğucunu taxaraq zorla vannaya daxil olur və Cessikaya atəş açır. Cessika yerindəcə keçinir. Cessika indiyədək naməlum üsulla Kolbini unitaza salır və özü bədəni ilə unitazın üstün örtür. Bu yolla o, 6 aylıq körpəni atasından xilas edir. Antuan körpəni tapmaq üçün uşaq otağına gedir. Orada onu tapmadıqda özünə atəş açır.
Polislər Kolbini tapanadək o, 13 saat unitazda anasının altında qalmışdır. Kolbinin ailəsi onun üçün fond yaradırlar və fonda 40.000 dollar vəsait yığılır. Bu hadisədən sonra Cessika cəmiyyətdə qəhrəman kimi təqdim olunur.
Dilan Mikallef (Dylan Micallef)
Dilanın anası Rene Mikallef bir neçə il əvvəl motosikl qəzasına uğrayaraq aldığı travmadan şiddətli xroniki ağrılar qazanmışdır. Bu ağrılar Reneni güclü ağrıkəsicilərdən istifadə etməyə sövq etmişdir. Reneni tanıyanlar qeyd edirdilər ki, o, qayğıkeş anadır və ağrıkəsicilərdən olan asılılığı keçmişdə qalıb. Dilan ilə anasını axırıncı dəfə mağazada görmüşdülər. Renenin evinə gələn qonaqlar qapının açılmadığından narahat olmuş və polisə xəbər vermişdilər. Polis dərhal evə daxil olur. Polislər 8 aylıq Dilanı ölü anasının altında qalmış vəziyyətdə aşkar etmişdilər. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq xilas edilmişdir. Polislər hesab edirdilər ki, Renenin ölümünə ağrıkəsicilərin yüksək dozası səbəb olmuşdur.
Aliyə Kraqo (Aleah Crago)
1999-cu il mayın 3-də ölümcül tornado Oklahoma ştatının Mur şəhərini darmadağın edir, 36 nəfər insanın həyatına son qoyur və 1 mlrd. Dollar dəyərində ziyan vurur. Aliyə Kraqo və onun ailəsi də daxil olmaqla öz evin itirir.
Təhlükəli qasırğa zamanı Kraqo ailəsi evin anbarında gizlənir. Aliyənin anası Emi bu zaman 10 aylıq Aliyəni bərk qucaqlamışdır və bütün ailə üzvləri onların başına yığılmışdır. Katastrofik tornado ailənin evinə zərbə yetirərək evin damın uçurur və bütün insanları sovurur. Aliyəni isə anasının qucağından qoparıb aparır.
Polis ofiseri Robert Colli Emini evindən 30 metr aralı üzüstə uzanıqlı halda tapır və ilkin yardımı göstərir. Emi polisdən qızının tapılmasını xahiş edir. Müəyyən axtarışlardan sonra Colli palçığın içində kuklaya bənzər bir şey görür və az qala yanından düz ötür. Bu zaman Aliyə tərpənir və Colli onu dərhal götürür. Polisin avtomobilindəki videoregistrator bu hadisəni çəkir. (youtube-da “tornado takes a Baby – Grady Country Okhlahama 1999“ adlı rolikdə həmin çəkilişi izləyə bilərsiniz)
Meqan Huey (Megan Hui)
Meqan dünyaya gəlməmişdən qabaq həyat mübarizəsini başlayıb. Meqanın anası Mişel hamiləliyin 6-cı həftəsində idi. Həmin vaxt Mişeldə düşük baş verir. Bir neçə dəfə keçirilmiş USM yoxlamaları Mişeldə düşük olduğunu təsdiq edir. Mişel gecəni xəstəxanada keçirir və ölü dölen qalıqların xaric edilməsi üçün iki həb atır. Mişel xəstəxanadan çıxanda həkim ona 1 həftədən sonra hamiləlik testi etməyi tövsiyyə edir. Bu dölün bütün hissələrinin xaric olduğuna əmin olmaq edilirdi. 1 həftədən sonra Mişel tövsiyyəni yerinə yetirərək testdə müsbət nəticə görür və dərhal xəstəxanaya yollanır. Müayinə zamanı həkim bir daha USM yoxlaması edir və kiçik ürək döyüntüləri əlamətləri müəyyən edir. Nəticədə məlum olur ki, Mişel əkizlərə hamilə imiş və əkizlərdən biri hələ də həyatdadır. Bu xəbəri eşidəndə Mişelin sevincinin həddi yox idi. Meqan isə heç bir çətinlik olmadan sağlam uşaq kimi dünyaya gəlir.