Hər bir insan yaşadığı ailədə, cəmiyyətdə, getdiyi məclislərdə, qurumlarda və insanlarla münasibət olan yerlərdə ‘insan’ olaraq hesab edilmək istəyər. Məktəbdə, universitetdə və təhsil verilən yerlərdə tələbələr adətən onları insan olaraq görən və hörmət edən müəllimlərin dərslərinə maraq göstərər və o insanlara qarşı eyni şəkildə hörmət göstərərlər. Bu zaman qarşımıza belə bir sual çıxır-
Bəs insan olaraq hesab edilmək nədir?
Doğulduqdan altı saat sonra körpə insan yerinə qoyulub-qoyulmadığını bilir1. Körpəlik, uşaqlıq, yetkinlik və yetkinlik ərzində, qısaca ömür boyu biz insan olaraq görülüb-görülmədiyimizi bilirik. Necə bilirik, sualının cavabının təfərruatları David Eagleman’ın kitabından2 tapa bilərik: bu sualın cavabı şüurlu həyatdan gəlmir, beynin alt təbəqələrində, dərinlərdə ibarət olan proseslərlə təyin olunur. Aparılan müşahidələrə və təcrübələrə görə, hər uşaq indi nə qədər insan yerinə qoyulduğunu hiss edir. Və bu hissi məlumatını sizə rəqəmlə ifadə edə bilər. Biz şagirdlərə belə bir sual versək ‘Sənə müəllim insan olaraq davranır mı? və bunu necə dəyərləndirirsən?’ Bir çox insan bu suala ‘insan olaraq hesab edilmək nədir?’ demədən cavab verəcəkdir. Adam yerinə qoyulmaq duyğusu, varoluşumuzun fərqinə varılmasının, tanınmasının, təsdiqlənməsini hiss mənasını verir.
Faktiki olaraq bu sualın cavabını əsrlər əvvəl Shakespeare Hamlet oyununda4 “var olmaq ya da olmamaq” formasında nəticə olaraq (to be or not to be) qısa şəkildə verir. İki insan bir-birinin fərqinə varan kimi münasibət başlayır və bu münasibətdə insanlar bir-birilərini müəyyən dərəcədə ya var edər ya da yox edərlər. Var olmağı sevən və yox olmağa qarşı duran bir yaradılışımız var. Ona görə insanların bizə nə söylədiyi yox nə hiss elətdirdiyi yaddaşımızda daha çox yer tutur.
Qısaca desək, münasibətimizin müsbət ya da mənfi istiqamətdə inkişafı bir-birimizi insan yerinə qoyub-qoymamaqla bağlı olaraq inkişaf edəcək və ya kəsiləcək. Münasibətimizin digər insanla sağlam və güclü ya da zəif olması nəyə görə əhəmiyyətlidir?
Çünki insan həyatında elə bir iş, məşğuliyyət, fəaliyyət yoxdur ki insani münasibətdən təsirlənməsin. İnsan əlaqələrində nə qədər var isə, yəni nə qədər insan yerinə qoyulursa, o qədər var və insandır. Adam yerinə qoyulmaq nəfəs qədər həyati əhəmiyyəti olan bir prosesdir.
Qadın və kişi biri-birilərinə nə qədər insan olaraq davranarsa evliliklər o qədər sağlam olar.
Valideynlər övladlarını nə qədər insan olaraq görərsə uşaqlar o qədər sağlam böyüyər.
Müdir müəllimləri nə qədər insan olaraq qiymətləndirərsə müəllimlər o qədər şövqlə işləyərlər.
Bir-birini var edən insanlardan ibarət bir şirkət olduğu kimi, bir-birini yox etməyi bacarıq sayan insanlardan ibarət bir şirkət də ola bilər. Hansında iş şövqünün olacağını təxmin edə bilərsiniz. Qorxu gücü ilə çalışan insanlarda şövq olmaz.
İnsanların ictimai həyatda bir-birlərinə gülümsəmələrinin və ‘Salam!’ demələrinin əhəmiyyəti, məncə açıqlığa qovuşur. Bir-birlərini adam yerinə qoyan insanlar özlərini bir cəmiyyətə aid hiss edərlər və bundan xoş olarlar. Liftdə belə bir-birlərinə ‘salam’ verməkdən çəkinən, bir-birlərini yox sayan insanlar özlərini aid hiss etmirlər; soyuq, cansıxıcı, küskün və hirslidirlər. Belə bir cəmiyyət, xəstə bir cəmiyyətdir.
Bir-birimizi adam yerinə qoymaq üçün əvvəl öz insanlığımızı kəşf etməyimiz, özümüzü adam yerinə qoymaq lazımdır. Və bunu uşaqlıqda yaşamayanın etməsi çətindir, həm də çox çətindir.
Bunun öhdəsindən gəlmək istəyənin ‘özünü yenidən var etməyə’ həsr etməsi lazımdır. Özümüzü var etmədiyimiz təqdirdə heç kimə dəyər verə bilmərik. Hər insanın özündə var olan dəyəri qəbul edərək onu insan olaraq dəyərləndirmək insani bir vəzifədir. Bu dəyərləri görmək üçün birazda ‘dəyər’ dediyimiz məfhumları sorğulamalıyıq. Çünki bu dəyərlər insanın sahib olduğu bilik və bacarıqlara əsasən yox, onların sahib olduğu əşyalara əsasən müəyyənləşir və bu da nəticənin doğru çıxmamasına gətirib çıxarır.
Hər insan ən azından insan olaraq dəyərlidir və bunu nəzərdən qaçırmayaq…
- Daniel Siegel, (2012). The Developing Mind, New York: The Guildford Press
- David Eagleman, (2013). Incognito: Beynin Gizli Hayatı. İstanbul: Domingo 2. Baskı.
- William Shakespeare, Hamlet. Remzi Kitapevi. (2008).