Avraam Linkoln – dünyanın ən görkəmli şəxslərindən biri hesab olunur. Məhz onun səyləri əsasında ABŞ-da ilk dəfə köləlik ləğv olunmuşdur. Baxmayaraq ki, öz hakimiyyət illərində sərt qınaq və tənqidlə üzləşırdi o, aparılan sorğuya əsasən indidə amerikalıların ən sevimli prezidenti sayılır.
Avraam Linkolnun 4 oğlu vardı, ancaq onların 3-ü gənc yaşlarında dünyasını dəyişmişdir (4, 11 və 18 yaşlarında uzunsürən vərəm xəstəliyindən). Yalnız böyük oğlu Robert 82 yaşına kimi yaşamış və hüquqşünas kimi ABŞ-da tanınmışdır.
1855-ci ildə Avraam Linkoln məşhur “Oğlumun müəlliməsinə məktub” –u yazmışdır. Məkktub prezidentin sevimlisi sayılan 5 yaşlı Uilyamın müəlliməsinə yazılmışdır, hansıki Uilyam 11 yaşında vəfat etmiş və atasının yanında dəfn olunmuşdur.
Ata sevgisi və qayğısı ilə yazılmış həmin məktubu sizə oxumağa təklif edirik.
“…Anlayıram ki, zamanla o, insanların hamısının ədalətli olmadığını və onlarda qeyri-səmimiliyi görəcək, amma buna baxmayaraq siz ona hər axmaqla yanaşı bir qəhrəmanın olduğunu, hər eqoist siyasətçiylə yanaşı bir etibarlı liderin olduğunu anladın.
Ona öyrədin ki, əgər həyatda düşmən varsa, mütləq dosta da yer tapılacaq. Bilirəm buna böyük vaxt itkisi lazımdır, amma ona qazanılan 1 dolların havayı tapılan 5 dollardan üstün olduğunu anladın. Ona uduzmağı və qələbədən həzz almağı öyrədin.
Mümkündürsə paxıllıq hissindən onu uzaqlaşdırın və kitablara qarşı meyil və maraq oyadın.
Ona tək qalmaq üçün vaxt verin ki, o, əbədi sirrlər haqqında fikirləşə bilsin: göydə uçan quşlar, günəş şüaları arasından keçən arılar və yaşıl yamaclar üzərindəki rəngli güllərin sirrini…
O, məktəbdə olarkən ona dürüstcəsinə uğursuzluq yaşamağın fırıldaqçılıq etməkdən daha yaxşı olduğunu anladın. Ona, hətta başqaları onun fikrini qəbul etməsə belə, öz ideya və fikirlərinə qarşı inamlı və əmin olmağı öyrədin. Mülayim insanlarla mülayim, qəddar insanlarla qəddar yanaşmağı vərdiş etdirin onda.
Çalışın ki, oğlum həmişə axınla gedib kütləyə qoşulmasın, onun özünün müstəqil fikri və seçimi olsun və yaxşını pisdən ayırmağı bacarsın.
Mümkündürsə ona kədər və qəmdə gülməyi öyrədin. Ona başa salın ki, göz yaşlarında utancverici heçnə yoxdur.
Ona öz beyninin məhsulu və əzələlərinin gücünü ən yüksək qiymətə satmağı öyrədin , amma imkan verməyin ki, o, öz ürəyini və ruhunu satmaq fikirlərinə düşsün.
Onunla mülayim davranın, amma çox əzizləməyin, çünki polad təzyiq altında polada çevrildiyi üçün oğlumun da həyatda bərkiməsini istəyirəm. İmkan yaradın ki, o,cəsarətli olsun və hər bir pis şeyə qarşı dözülməz və səbirsiz yanaşsın.
Ona özünə inanmağı öyrədin ki, o, insanlğa inansın.
Bu asan iş deyil, bacardığınızı və əlinizdən gələni edin…Mənim oğlum yaxşı insandır! “