Bir gün hind kralı Cay Sinx London küçələrində adi paltarda gəzərkən Rolls Royce avtomobilinin satışına rast gəlir. Yaxınlaşıb qiyməti və digər məlumatlarla maraqlanmaq istəsə də, satıcı onun kasıb bir hindli olduğunu zənn edir və dükanından qovur.
Bir neçə saatdan sonra öz təntənəli libasında geri qayıdan kral salondakı 6 avtomobilin hamısını alır.Ona edilən hörmətsizliyə cavab olaraq maşınları Hindistana aparıb orada kommunal şöbənin ixtiyarına buraxır.Nəticədə bu maşınlar Hindistan küçələrindəki zir-zibili təmizləməkdə istifadə edilir.
Bu hadisə firmanın bütün uğurlarını alt-üst edir.Daha sonra üzrxahlıq edərək yenidən nüfuzlarını bərpa edirlər.