Həyatın faciəsi məqsədlərimizə çatmamaq deyil, olmayan məqsədlərə doğru irəliləməkdir.
Məqsəd- hər hansı bir perspektivin reallaşması üçün ölçülmüş və dəqiqləşdilirlmiş addımlar toplusudur.İstər uzunmüddətli, istərsə də qısamüddətli məqsədlərin müəyyənləşməsi həyatımızın bir istiqamətdə irəliləməsinə kömək edir.Ancaq yalnız qarşıya məqsəd qoymaqla kifayətlənmək olmaz.Məqsədin həyata keçməsi üçün başlıca şərt fəaliyyət proqramının hazırlanmasıdır.Fəaliyyət proqramı olmadan məqsəd xəyala çevrilir.Xəyallar isə insanlara həyatda irəliləməyə, mövcud imkanlardan istifadə etməyə mane olur.Bunun nəticəsi olaraq insan hətta geriləməyə başlayır.Buraxılmış imkanları geri qaytarmaq isə onlardan zamanında istifadə etməkdən daha çətindir.
Məqsədlərin müəyyənləşməsində və fəaliyyət proqramının hazırlanmasında “Məqsədlərimin siyahısı “ adlı kouçinq texnikasını nəzərdən keçirək:
- Məqsədlərin siyahısını hazırlayın.
- Üstünlüklərinizi yerbəyer edin.Məqsədləriniz arasında ən birinci həyata keçirmək istədiyinizi seçin və bunun üçün son yerinə yetirilmə vaxtında müəyyənləşdirin.Necə deyərlər “ deadline”- sız məqsəd, məqsəd deyil sadəcə arzudur.
- Heçnə göydəndüşmə olmur.Buna görə də məqsədinizə çatmaq üçün zəruri olan hər şeyin siyahısını hazırlayın.
- Məqsədinizə çatmaq üçün sizə hansı keyfiyyətlərin lazım olduğunu müəyyən edin və bu keyfiyyət və bacarıqları özünüzdə inkişaf etdirin.
- Zəruri olan bütün resursların siyahısını hazırlayın( maddi, birmüddətlik və s.)
- Məqsədinizi vizual olaraq canlandırın,sanki artıq əldə etmisiz onu.
- Başqa insanların tənqidinə və fikrinə ,həmçinin ümumi çətinliklərə baş əyməyərək özünüzə əmin və qərarlı olun.
- Hərəkətə indi başlayın!Bunu sabaha yaxud birinci günə saxlamayın.
Kouçinq texnikasında çətin heçnə yoxdur.Bu sizə “ Mən nə istəyirəm ? ” və “ Mənə nə lazımdır? “ sualına cavab verməyə kömək olacaq.
Yaddan çıxarmaq lazım deyil ki, istənilən uğur əməyin nəticəsidir.İmkan verməyin yorğunluq və ağır kritika sizi istəyinizdən məhrum etsin.