Su pərisi haqqındakı əfsanələrin tarixi e.ə beş mininci illərə gedib çıxsa da, indinin özündə də bu əfsanələr öz aktuallığını saxlayır.
Su pəriləri haqqında əfsanələrə, demək olar ki, bütün xalqların mifologiyasında rast gəlmək olar. Ən çox da yunanların zəngin folklorunda. Bu miflərdə su pəriləri adətən adalarda, dəniz sahillərində tək və yaxud toplu halında yaşayan ehtiraslı mələklərdir.
Su pərilərinin xarici görünüşü haqda demək olar ki, bütün şahidlərin dedikləri üst-üstə düşür. Su pərilərinin boyu çox da uzun olmur, bədənləri hamar, işıltılı, dəriləri ağ-sarı, üzərində dəniz yosunları, saçları dalğavari, çox uzun və sıx (bütün bədənlərini örtür), rəngi açıq-sarı, kürən və qara, gözləri insan gözündən bir qədər böyük, nadir hallarda qırpılır, şəffaf, gecələr fosfor kimi parıldayır. Dişləri balıq dişi kimi xırda, yaşıl rəngdə, itiuclu, bədənləri göbəkdən yuxarı qadın bədəni, kürəyi düz hamar (sanki sümüksüzdür), bədənlərinin aşağısı iri balıq quyruğu, yelgəcli, səsləri cingiltili, qulaq batırıcı, dilləri anlaşılmazdır, özlərinə məxsus nəğmələri olur.
Orta əsr alman təbiətşünası İohan Yonetus özünün “Balıqların ve balinaların təbii tarixi” adlı əsərində yazır ki, bütün böyük su pərilərinin çəkisi insanın çəkisindən az olur: “Buna baxmayaraq şahidlərin ifadələrinin analizi göstərir ki, “dəniz adamları” müxtəlif boyda – 3-4 yaşlı körpənin boyundan tutmuş 2 metrə qədər olurlar, ancaq dənizçilər və balıqçılar əsasən 150-170 sm rəqəminin üstündə dayanırlar”. Yonetus daha sonra iddia edir ki, su pərilərinin qidası yosun və müxtəlif dəniz ilbizləri, xırda balıqlar ola bilər. Məsələn, su pərilərinin qədim təsvirlərinin bir çoxunda onlar əllərində balıq olaraq təsvir edilirlər. Yonetus o dövrdə balıqlar haqqında ona məlum olan informasiyalara, həmçinin söyləmələrə əsaslanaraq su pərilərinin eynən insanlar kimi doğub törədiyini bildirirdi. Alim bu məsələdə daha çox su pərilərinin kişilərə olan münasibətlərinə, onlarla nikaha girən dənizçilər, balıqçılar haqqında rəvayətlərə istinad edirdi. Həqiqətən yunanların, irlandların, şotlandların, alman və slavyan tayfalarının rəvayətlərində su pəriləri ilə insanların nikahından doğulan uşaqlar barədə çox danışılır. Bu uşaqlardan bəziləri eynən su pəriləri kimi qurşaqdan yuxarı insan, qurşaqdan aşağı balıq bədənində doğularaq suda yaşayırlar, bir qismi isə normal insan kimi məşhur sülalələrin əsasını qoyublar. Bunlarla belə, təbiətşünas su pərilərinin eynən balıqlar kimi onurğasız olduqlarını da iddia edirdi.Su pəriləri saylarını insanların həsabına genişləndirirlər. Ölmüş südəmər qız uşaqlarını, yarımçıq doğulmuş körpələri, suda özünü boğub intihar edən qadınları, çayda, dənizdə tək çimən qızları öz məskənlərinə çəkirlər. Su pəriləri ilin müəyyən günlərində sahilə çıxıb, bir həftə quruda yaşayırlar. Slavyan mənbələrində, bu günlər Semik günündən Petrov gününə kimi davam edir, Ruh günü və ya Troitsa günü adlanır. Su pəriləri bu günlərdə su kənarındakı meşədə, talada bir yerə yığışır, səhərə qədər şənlənir, çığır-bağır salir, gülüşürlər. Bu vaxt ordan yad adam keçərsə, onu çağırıb nəğmə və gülüşləri ilə dairəyə alır, həmin insanı nəfəsi kəsilənə qədər qıdıqlayırlar.
İnsan öləndən sonra, onu dənizin, gölün dibinə çəkir ve iti dişləri ilə onu parçalayıb, uzun müddət qidalanırlar.Elmi araşdırmalarda su pərisiylə bağlı üç nəzəriyyəyə rast gəlinir. İlk nəzəriyyəyə görə, su pəriləri XIX əsrə qədər yaşayıb. Alimlər bu məxluqların barəsində Aristotelin də yazdığını əsas gətirərək, araşdırma aparır və belə qənaətə gəlirlər ki, onurğasız varlıqlar 19-cu əsrədək sualtı səltənətlərində ömür sürüblər.
İkinci nəzəriyyədə, dinozavrlardan tutmuş, su pərilərinə qədər bütün mifik varlıqların əslində milyon illər öncə yer kürəsinə yaşaması və təkamül getdikcə məhv olmasından danışılır.
Digər nəzəriyyənin tərəfdarlarına görə, su pərisi əslində ucu-bucağı görünməyən dənizdə başın itirmiş dənizçinin gözünə görünə biləcək təbii qarabasmadır. Nəzərə alsaq ki, dənizin dalğalanan səthi müxtəlif görüntülərə səbəb olur, bu ehtimal inandırıcıdır. Bəs qulaqbatırıcı səslər? Musiqi? Bu barədə yaranan söz-söhbətdə deyilir ki, su pəriləri ilə qarşılaşan insanlar onların dəhşətli səslər çıxardığının şahidi olublar. Alimlər isə bu barədə susurlar.Kembricdə tapılmış su pərisi mumiyasının üzərində aparılan rentgenoloji ekspertiza nəticələri göstərmişdir ki, bu mumiyanın saçları insan saçları, dərisi və dişləri isə balığdakı kimidir, ancaq mumiyanın qabırğaları adi məftildən, gövdəsinin yuxarı hissələri isə taxtadandır.
“Bizim tərəfimizdən müayinə olunan bu su pərisi 60% insan, 40%-isə balıqdır” – deyə Kembricdən olan tədqiqatçı Xuanita Xollis bildirib. Sözügedən su pərisi mumiyasının I əsrə aid olduğu güman edilir. Hətta bu su pərisinin “oğlan dostu” da tapılıb. Belə ki, bu iki mumiya, 1982-ci ilə kimi London Tibb Tarixi institutunda eksponat kimi saxlanılıb. Bir müddətdən sonra, su pərisi Bakston muzeyinə aparılmış, onun “oğlan”ı ise Londonda qalmışdı.Su pərilərinə inanmayanlar, (ümumiyyətlə mifik varlıqlara ) bunu, heç vaxt onlara rast gəlmədikləri ilə izah edirlər, amma bu “dəniz qızları”na rast gələrkən yəqin ki, hər şey dəyişir, insan inanmağa məcbur olur.
Su pərilərinin üzə çıxması ilə bağlı istər keçmişdə, istərsə də indiki dövrdə çoxlu məlumatlara rast gəlmək olar.
Ünlü ingilis səyyahı Henri Qudzon 1625-ci ildə öz gündəliyində, bu qeydləri yazıb: “Dənizçilərdən biri onu gördü və sakitcə məni çağırdı. Beldən yuxarı qadın bədəni idi, kürəyi hamar, dərisi çox ağ idi. Uzun qara saçları vardı. Dənizdə üzəndə delfin quyruğuna oxşar quyruğu görünürdü”. 1717-ci il London qəzetlərinin birində su pərisinin tutulması xəbəri yazılmış və rəsmi də çəkilmişdi.
Çox əcayib bir dəniz varlığı ise Barneo limanında tutulmuşdu.
Uzunluğu 1.5 metr idi. Su dolu çəlləkdə cəmi 4 gün yaşadı. Siçan civiltisinə oxşar səslər çıxarırdı. Ona verilən balıq və digər yeməklərin heç birini yemədi.
2004-cü ilin mart ayında, Xəzər dənizində azərbaycanlı dənizçilər ölkəmizə məxsus traulerlə üzərkən, dənizdə kişi cinsinə məxsus, yarıbalıq qəribə varlıq görüblər. Kapitan Qafar Həsənov İran sahillərinə çıxdıqdan sonra İranın (Zindagi) qəzetinə hadisəni danışıb: “Əvvəlcə o, üzdüyümüz istiqamətdən bir qədər uzaqda idi. Əvvəl elə bildik ki, böyük balıqdır. Sonra onun baş hissəsində qara-yaşıl saç gördük. Qüvvətli əlləri vardı. Qarnı xeyli böyük olub, irəli çıxmışdı. Bədəninin uzunluğu 1.60 sm olardı. Alt dodaqları boğazına kimi çatırdı.”
Bu yaxınlarda İsrailin Hayfa bölgəsi sahillərində, su pərisi peyda olması ilə bağlı məlumatlar yayıldı. Bu ölkənin mətbuatına istinadən, SİA-nın verdiyi xəbərə görə, Kiryat Yam Bələdiyyəsinə bir-birinin ardınca dəniz sahilində “dəniz qızı” görüldüyü barədə xəbərlər daxil olub. Nəhayət, bələdiyyə sözügedən varlığı tutub gətirənə, yaxud lentə alana 1 milyon dollar mükafat vəd edib, lakin Şəhər Məclisinin nümayəndəsi Natti Zilberman belə bir mükafat elan olunması barədə yayılan xəbərləri təkzib edib.