Antaliyada 2008-ci ildə yol qəzasına düşərək ağır yaralanan rus əsilli gəncə dörd ildir ki, baxan Gülsüm Kabadayı dünən Rusiyanın ən məşhur “Pust qovoryat” televiziya proqramına dəvət edilib. Türkiyədə yol qəzasında ağır yaralanan rus əsilli gənc xəstəxanaya yerləşdirdikdən sonra heç bir yaxını tərəfindən axtarılmayıb. Elə həmin xəstəxanda öz qohumunu müalicə etdirən türk qadın isə sahibsiz qalan rus gəncə sahib çıxıb. Gülsüm Kabadayı hətta rəsmi şəxslərin köməyilə ona Mustafa Öz adı ilə şəxsiyyət vəsiqəsi də alıb.
Kabadayı uzun müddət sahibsiz gəncin ailə üzvlərini axtarıb. Proqramın aparıcısı, tanınmış telejurnalist Andrey Malaxov türk qadına xitabən “Rusiya-Türkiyə münasibətləri üçün etdiyinizi nə politoloqlar, nə də siyasətçilər edə bilməz” söyləyib.