Hindistan – Cənubi Asiyada yerləşir. Dünyanın ən böyük 2-ci coğrafi ərazisi və əhali sayısına görə ən böyük 2-ci ölkəsidir. 28 əyalət və 7 birlik bölgəsindən ibarətdir. Pakistan, Çin, Nepal, Butan, Banqladeş və Myanmar ölkələri ilə həmsərhəddir. 4 önəmli dünya dinləri olan Hinduizm,Budizm, Jainizm və Sihizmin yarandığı ölkə olmaqla yanaşı, Zərdüştlük, Yəhudilik, Xristiyanlıq və İslam dinlərini də e.ə 1-ci əsrdən ölkənin böyük bir hissəsinə yayılmışdır.
Hindistan adı köhnə farscada İndus adından yaranmışdır. Qədim yunanlar Hindistanlıları İndoi olaraq adlandırırdılar. Hindistan adı Konstitusiyasında və bir çox yerli dildə Bharata olaraq adlandırılır. Bharata adı Hindlilərin əfsanıvi müqəddəs krallar olan Kral Bharatanın adından yaranmışdır.
Din Hindistanında bir həyat tərzidir. Hindililərin yaşamının ayrılmaz hissəsidir. Hindistanda bir çox dinlər mövcud olsa da İslam dini ən qabaqcıl din hesab olunur və İndoneziyadan sonra Müsəlman əhalinin sayına görə 2-ci yeri tutur.
Əhalisinin sayına görə Hindistan dünyada 2-ci yeri tutmaqdadır. 1.2 milyard nüfuza sahibdir. Dehli, Mumbay və Kalkutta Hindistanın ən böyük 3 şəhəridir.
Hindistan öz filmləri ilə də dünyada məşhurdur və bir çox müxtəlif bölgələrdə filmsənayesi mövcuddur. Bunlardan ən önəmlisi isə Mumbaydakı Bollywood filmsənayesidir. Bollywood adı Hollyüood və Bombay (Mumbay) adlarının birləşməsindən yaranmışdır.
Ölkə kulinariyasında ədviyyat çox vacib sayılır. Yeməklərdən tutmuş şirniyyatlara qədər hərşeydə ədviyyat istifadə olunur. Darçın şirniyatlara ən çox istifadə olunan ədviyatdır. Dini inacları üzündən inək əti yeyilmir.
Və, gələk Hindistan haqda bilmədiyimiz başqa məlumatlara:
- -Hindu təqvimində 6 fəsil vardır: Yaz, Yay, Musson, Payız, Qış, Prevernal(Yazdan əvvəl)
- -Hindistandan kənarda rupidən istifadə etmək qeyri-qanuni hesab olunur
- Hindli bir kişinin 70 ildir necə heçnə yemən və içmədən yaşadığının mümkünlüyü alimlər bir çox testlər etsələr də hələ də tapa bilməyiblər
- Mumbaydakı hava ilə nəfəs almaq günə 100 siqaret çəkməyə bərabərdir
- Dünyanın ən böyük ailəsinə sahib kişi bir hindlidir. Onun 39 arvadı və 94 uşağı var
- Kəfarət olaraq Hindli bir kişinin itlə evlənməsi şimali Hindistanda qədim adətlərdən biridir
- Hindistanda polis məmurları bığ saxlamaq üçün yüngül miqdarda ödəmə edirŞ