Iki dəfə xilas edilmiş və iki dəfə xilas etmiş
1930-cu ildə Joseph Figlok adlı Detroyt vətəndaşı sakitcə yol ilə gedirmiş. Hündür mərtəbəli binanın altından keçərkən Josephin başına 1 yaşlı uşaq düşmüşdür. Hər iki tərəf kiçik qorxu ilə hadisəni yola vermişdilər. Sonradan məlum olmuşdur ki, diqqətsiz ana pəncərəni bağlamağı unutmuş, balaca isə maraqla pənəcərə çıxaraq yerə yıxılmışdır. Xoşbəxtlikdən yerə yox naməlum xilaskarın başına düşmüşdür. Möcüzədir deyə fikirləşəcəksiniz elə deyilmi? Bəs düz bir ildən sonra baş vermiş hadisəyə nə deyəcəksiniz? Joseph həmin küçə ilə həmin binanın altından keçərkən yenə həmin uşaq Josephin başına düşmüşdür. Yenə də hər iki tərəf yüngülvari qorxu ilə hadisəni sağ salamat yola vermişdilər.
Hədəfə çatmış güllə
Henry Zigland adlı gənc oğlan öz qismətini istədiyi kimi dəyişdirməyi bacaracağına əmin idi. 1883-cü ildə o, öz sevdiyi qız ilə əlaqəsini tamamən kəsmişdir. Ayrılığa tab gətirməyən qız özünə qəsd edərək dünyadan köçmüşdür. Bacısının həyatdan köçməsinə səbəb olmuş Henryni öldürməyə yollanan qardaş silahı Henrynin başına tuşlayaraq ona atəş açmışdır. Güllənin hədəfə yetdiyini sanan oğlan dərhal özünü öldürmüşdür. Güllə Henrydən yan keçərək ağaca dəymişdir. İllər keçəndən sonra Henry həmin ağacı partladıb yox etmək qərarına gəldi. Kökünə dinamitlər düzərək ağacı partladan zaman ağacda qalmış həmin güllə parlayış nəticəsində sürətlə Henrynin başına dəyərək həmin dəqiqə onun öldürmüşdür.
Eyni ömür…
Əkizlərin həyat hekayətləri hər kəsi təəccübləndirir, əsasəndə Ogayo ştatında yaşamış iki əkiz qardaşların həyat hekayəsi.. Doğulandan 3 həftə sonra valideynlərini itirən körpələr uşaq evinə verilərək uyğun bir ailələrə verilmişdilər. ayrı-ayrı ailələrin onları himayəyə götürdükləri andan bu maraqlı təsadüflər başladı. Belə ki, bir-birilərini qətiyyən tanımayan ailələr bir birindən xəbərsiz körpələrə James adı vermişdilər, böyüyərək hər ikisi hüquqşünas olmuş, hər ikisi Linda adlı qız ilə ailə həyatı qurmuşdular. Hər iki qardaşların oğlu olmuş, biri adını James Alan, digəri isə James Allan qoymuşdur. Sonra hər iki qardaş boşanaraq ikinci dəfə Betti adlı xanımla ailə qurmuşdur. Hər iki Bettinin Toy adlı iti var idi. 40 yaşında isə onlar təsadüfən hüquqşünas kimi bir məhkəmə zalında rastlaşmışdılar. Bir birlərinin həyatında baş vermiş eyni təsadüf tanıyan hər bir kəsin marağına səbəb olmuşdur. Bir birilərini tanımasalar eyni həyat eyni ömür sürmüşdülər..
…Eyni ölüm…
2002-ci ildə iki əkiz qardaşlar bir-birilərindən xəbərsiz, eyni yolda eyni saatda qəzaya uğramış, bir birindən xəbərsiz eyni xəstəxanaya yerləşdirilmiş və bir birindəndə xəbərsiz eyni saatda dünyalarını dəyişmişdilər..
…Eyni ürək..
John və Artur Mauford adlı əkiz qardaşlar ayrı-ayrı regionlarda yaşayırmışlar. Hər iki qardaş 22 may 1975-ci ildə ürəklərində güclü ağrı hiss etmiş, xəstəxanaya yerləşdirilmiş və hər iki qardaş eyni saat eyni diaqnoz ilə dünyalarını dəyişmişdirlər.
3 özünəqəsd cəhdi və 3 dəfə eyni rahib
Avstriyanın məhşur rəssamı Joseph Aigner bir neçə dəfə özünü öldürmək qərarına gəlmişdir. İlk cəhdi 18 yaşında baş versədə təsadüfən yoldan keçən rahib tərəfindən dayandırılmışdır. 22 yaşında o yenidən cəhd etmiş və yenə də həmin rahibin müdaxiləsi ilə sağ qalmışdır. 8 il sonra isə rəssamı siyasi fəaliyyətinə görə ölümə məhkum edirlər lakin həmin rahibin köməyilə ölüm hökmündən azad olur. 60 yaşında rəssam axır ki, atəş açaraq özünə qəsd edir. Onu torpağa tapşıranda məhz həmin rahib olur.
Mark Tven və kometa Qalleya
Məhşur yazıçı Mark Tven 1835-ci ildə anadan olmuşdur. Həmin gün dünyaya Qalleya adlı komteta yaxınlaşmışdır. 1910-cu ildə isə Mark dünyasını dəyişmişdir. Həmin gün həmin kometanın yer kürəsindən uzaqlaşdığı gün idi. Yazıçı həmişə deyərdi ki, Mən bu dünyaya Qalleya kometası ilə bir gəlmişəm və onunla da gedəcəm..
Qatarda 3 naməlum şəxs
1920-ci ildə 3 ingilis qatar ilə səyahətə çıxmışdır. Yolda eyni masa arxasında yemək yeyən zaman bir biriləri ilə tanış olublar. Birinin soyadı Binckhem, ikincisinin soyadı Pouell, üçüncüsünün soyadı isə Bİnckhem Pouell idi.
Titanik fəaciəsindən xəbər verən Roman
1898-ci ildə Morgan Robertson «Futility» («Uçurum») adlı roman yazmışdır. Romanda ilk və sonuncu dəfə səyahətini faciə ilə başa vurmuş Titan adlı gəmidən bəhs olunur. Tarixdə ən möhkəm və əlverişli gəmi hesab olunsada aysberqlə toqquşaraq minlərlə insanın həyatını sular altına aparmışdır. 1912-ci ildə 13 il sonra eyni ümidlərlə və eyni aqibətlə yola düşmüş Titanik gəmisi aysberqlə toqquşaraq romanda qeyd olunmuş itki sayına bərabər insan ömrü almışdır. Roman ilə həyatda baş vermiş xırda təsadüflərdə var idi. Məsələn romanda 2200, Titanikdə isə 2207 sərnişin var idi, xilas etmə qayıqlar romanda 24, Titanikdə cəmi 20 ədəd idi.
İtmiş kitab
1920-ci ildə Amerika yazıçısı Ann Parish Parisdə istirahətdə olan zaman, uşaqlar üçün satılan kitab mağazasına girərək «Jack Frost və başqa hekayələr» adlı kitabı əliə götürərək yoldaşına- Bir vaxtlar həyatımın ayrılmaz bir hissəi idi bu kitab. Bir gün evimizdə fəlakət baş verən zaman kitab tamamən itmişdir- söyləmişdir. Kassaya yaxınlaşıb pulu ödəmək istəyən zaman kitabın titul səhifəsində «Ann Parish 209H, Webber Street? Colorado Springs» sözlərini görərkən sevincindən göz yaşlarını saxlaya bilməmişdir. Sən demə illər öncə itmiş kitab yenidən sahibinin əlində idi.
Kral Humbertonun ikinci siması
İtaliyanın kralı I Humberto Monsa şəhərində nahar etmək üçün kiçik bir restorana daxil olmuşdur. Sifarişi kraldan şəxsən restoranın sahibi götürmüşdür. Restoranın sahibini görən kral qarşısında onunla eyni simaya malik birinin olduğunu görmüşdür. Onunla söhbət etdikdən sonra bir neçə təsadüf aşkarlanmışdır. Kral və Sahibkar eyni ildə və eyni gündə 14 mart 1844-cü il və eyni şəhərdə dünyaya göz açmışdılar. Hər ikisi Margarita adlı xanımla ailə qurublar.
XVI Lyudovikin üçün düşərsiz rəqəm..
Fransanın gələcək kralı XVI Lyudovik hələ körpə ikən şəxsi astroloqu ona hər ayın 21-i onun üçün uğursuz olacağını söyləmişdir. Kral bu sözlərdən o qədər təsirlənmişdir ki, heçvaxt ayın 21-nə heç biriş planlaşdırmırmış. Heçdə həyatın gediş-atı kralın əlində deyildi. 1791-ci il 21 iyun tarixində Kral və xanımı inqilabi çevriliş zamanı Fransanı tərk etməyə cəhd göstərdikləri an həbs olunmuşdurlar. Həmin il 21 sentyabr tarixində Fransa özünü respublika elan etdi. 1793-cü ildə isə kral XVI Lyudovikə ölüm hökmü oxunaraq asılmışdır.