Ola bilsin ki, siz özünüzü itirə və maşından atılmağa üstünlük verə bilərsiniz, lakin bu heç də yaxşı fəsadlara yol açmaz. İlk öncə təmkini qorumaq lazımdır və…
– Həyəcanlanmadan ayağınızı qazdan çəkməli, maksimum diqqətli olmalı
– Ön və arxanızdakı maşınlara diqqət edin, onlardan uzaq durmağa çalışın
– Qəza işiqların yandırın, siqnal verərək problem olduğunu bildirməyə çalışın, digər maşınların sizdən uzaqlaşmasına yadım edəcək
– Maşını daşlı və ya torpaq yola çəkərək sürəti azalda bilərsiniz
– Əsla yol kənarındakı ağaclara vurmağa çalışmayın, çünki ən kişik ağac ciddi zədələrə səbəb ola bilər
– Sürəti saldıqdan sonra, mütləq maşını kənara çəkmək üçün yerə baxın, çünki avtobandaysanız, gələn digər maşın toqquşa bilər
– Əgər əyləc tamamilə işləmədisə, sürət qutusunu ardıcıllıqla 4, 3, 2, 1- ə keçirin
– Sürət qutusunu dəyişdirərkən mütləq ayağınızı muftadan çəkin.