Bernard Shaw ilə Churchill heç yola gedə bilməz və tez-tez bir-birlərini iynələyərlərmiş. Bernard Shaw, bir oyunun ilk gecəsinə Churchilli dəvət etmiş və dəvətnaməyə də belə bir ismarıc qoymuşdur:
– “Sizə iki nəfərlik bilet göndərirəm. Bir dostunuzu götürüb gələ bilərsiniz. Təbii dostunuz varsa.” Churchill, dərhal cavab göndərmişdir:
– “Təəssüf ki o gecə başqa bir yerə söz verdiyim üçün oyununuzu seyr etməyə gələ bilməyəcəyəm. İkinci gecə gələ bilərəm, təbii ki oyununuz ikinci gecə də oynasa. “