Qubada yeni fəaliyyətə başlamış “Fəal Qadınlara Dəstək” dərnəyi qədim el sənətlərinin qorunması, inkişaf etdirilməsi sahəsində, o cümlədən qadınlara qarşı cəmiyyətdə mövcud olan inamsızlığı aradan qaldırmaq, onlarda özünəinam və yaradıcılıq qabilliyyətini formalaşdırmaq, xanımların ailədə eləcədə cəmiyyətdə layiqli yer tutmaları sahəsində, ictimai həyatda fəallıqlarının artırılması və qloballaşan dünyada dövlətimizin yeni inkişaf mərhələsində qadınların rolunun artırılması istiqamətində bir sıra işlər həyata keçirir.
Dərnəyin yaradıcısı və rəhbəri Rəxşəndə Bayramova ilə söhbət zamanı bildirdi ki, dərnək Qubada “Qadınlar şurası”nın təkibində ictimai əsaslarla yaradılmış təşkilatdır. Təşkilatımızın yeni fəaliyyət göstərməsinə baxmayaraq, ətrafına xeyli sayda yaradıcılıq qabiliyyətinə malik olan xanımlarımızı toplaya bilib. O, həmçinin qeyd etdi ki, xanımlarımızın əl işlərinin ictimaiyyətə tanıdılması istiqamətində də işlər görülür.
R.Bayramova sonda bildirdi ki, yaxın gələcəkdə xanımların əl işlərindən ibarət böyük sərgi keçiriləcək. Bu barədə əvvəlcədən ictimaiyyətə ətraflı məlumat veriləcək.
Mehman Məmmədov