Çində, bir zooparkda 14 dənə yumurtası olan və bunları yumurtlaya bilməyəcəyi aydın olan tısbağaya keysəriyyə ilə müdaxilə edildi. Yatızdırıldıqdan sonra mişar ilə qarın bölgəsi kəsildi. Çıxardılan qapaqcıqdan yumurtalara çatıldı. Yumurtalar etina ilə tək-tək çıxarıldı. Epoxy (yapışdırıcı kimyəvi maddə) üsuluyla kəsilən qapaqcıq yumurtaların alınmasının ardından təkrar bağlanıldı. Çıxarılan yumurtalar böyümə mərhələsini tamamlaması üçün quma basdırıldı. Nadir olan və sayları sürətlə azalan Amazon çayı tısbağası, ovuc içində yumurtasından çıxdı.