Sveriges Riksbank və ya Riksbanken, İsveçin mərkəzi bankı və dünyanın ən qədim mərkəzi bankıdır. Bank, İsveç Milli Bankı və ya İsveç Bankı şəklində də xatırlanmaqdadır.
Riksbank, 1668-ci ildə yaradılmışdır, qabaqcılı 1656-ci ildə Johan Palmstruch tərəfindən qurulan Stockholms Banco və ya digər bir adla Bank of Palmstruchdır. Stockholms Banco bankının rəhbərliyi İsveç Kralı seçilmiş, bununla birlikdə bank xüsusi idi. İsveç Kralı, Palmstrucha bir məktub yazaraq, bildirilən qaydalara görə fəaliyyətlərinə icazə verdiyini demişdir. Ancaq bank bir müddət sonra iflas etmiş, Palmstruch bundan özünü məsul tutaraq intihar etməyi belə düşünsə də sonradan imtina etmişdir. 17 Sentyabr 1668-ci ildə Palmstruchın bank idarə imtiyazı, Riksens Ständers Banka verilmiş və dövrün parlamentinin himayəsində idarə olunmağa başlanmışdır. Stokholm Banconun müvəffəqiyyətsiz olmasından, yeni bank Riksens Ständers Bank (Riksdag of the Estates) quruluşun birbaşa nəzarəti altında idarə edilmiş və bu sayədə Kral ilə əlaqəsinin qarşısı alınmışdır. 1866-cı ildə yeni bir Riksdag qurulduğunda, bankın adı Sveriges Riksbank olaraq dəyişdirilmiş və günümüzdəki adını almışdır. İsveç pulu 1931-ci ilə qədər qızıl ilə dəstəkləndi və kağız-sertifikatlar qızıl pullar ilə dəyişdirilə bilərdi. 1975-ə qədər bank, İsveç konstitusiyasına görə kağız-sertifikatları qızıla çevirmək məcburiyyətində idi. Amma 1931-ci ildə xüsusi keçici bir qanunla bank bu hökümlülüyündən azad edildi. Bu qanun hər il yenilənərək etibarlılığını davam etdirdi, lakin 1975-ci ildəki yeni konstitusiyada bank hökumətdən ayrılaraq müstəqil bir təşkilat halına gətirildi və kağız-sertifikat qarşılığında qızıl dəyişməsi artıq bankın öhdəliklərindən biri deyildi.
Nobel İqtisadiyyat Mükafatı, Sveriges Riksbank tərəfindən bankın 300-cü ildönümü olan 1968-ci ildə qurulmuş və maliyyə edilmiş və o zamandan bəri hər il verilir. Mükafat mərasimi, ənənəvi olaraq Stokholmda, Alfred Nobelin ölüm ildönümü olan 10 dekabr tarixində keçrilməkdədir.