1936-cı ildə portuqaliyalı nevroloq Egas Moniz, ağır psixoloji problemləri olan xəstələri müalicə etmək üçün daha əvvəl sınanmamış bir müalicə üsulu olan frontal lobotomiya’nı istifadə etdi. 1949-cu ildə Egas Moniz Tibb üzrə Nobel mükafatına da layiq görülür.
Frontal lobotomiya, frontal lobun ön qisminin təxminən üçdə birinin beyindən kəsilərək ayrıldığı cərrahi bir əməliyyatdır. Moniz uzun müddətli təsirlərə nəzarət etmədiyi halda, ağır şəkildə narahat olan xəstələrin emosional problemlərinin 35% nisbətində azaldığını bildirir. Lobotomiya beynin qarşısında olan ağ maddənin kəsilərək talamusunu ön lobdan ayırma əməliyyatını ehtiva edən, nadir reallaşdırılan bir əməliyyatdır. Beyinə çatmaq üçün xəstənin gözündən içəri iti bir alət daxil edilir. Lobotomiya psixoloji bir xəstəliyi müalicə etmək məqsədiylə edilən tək beyin əməliyyatıdır.
Moniz’in müvəffəqiyyətli olduğuna dair bildirişə söykənərək 1940-cı illərdə və 1950-ci illərdə başqa heç bir müalicə üsulu olmadığı üçün ağıl xəstəxanalarına məhkum olan 18.000 psixi pozğunluq yaşayan xəstələrə frontal lobotomiya tətbiq olundu.
Əvvəllər, nevroloqlar qısa vaxtda müsbət təsir olduğunu bildirirdisə də, frontal lobotomiya üzərində daha yaxşı nəzarət edildikdə ortaya qarışıq nəticələr çıxdı: Bəzi xəstələr daha az təcavüzkar olarkən, bəzilərində heç dəyişiklik görülmədi, bəzilərinin vəziyyəti isə daha da pisləşdi. 1950-ci illərdə sosial-emosional problemlərin müalicəsində frontal lobotomiyanın istifadəsini sonlandıran iki inkişaf oldu. Birincisi, araşdırmaların, frontal lobotomiyanın sosial-emosional problemləri yüngülləşdirmək üçün heç bir faydası olmadığını ortaya çıxarmasıdır. İkincisi isə ciddi sosial-emosional problemlərin müalicəsində daha böyük müvəffəqiyyət göstərən antipsikotik dərmanların kəşf edilməsidir.
Lobotomiya bir çox ölkədə qadağan edilmişdir.