Azərbayanlı olan 90% fan səhifə idarəçilərinin prinsip və məqsədlərini başa düşməyə çətinlik çəkirik. Gündüzlər “Allah qılınan namazları qəbul etsin” , Günortalar “Allah şəhidlərimizə rəhmət etsin, əsgərlərimizin canını sağ etsin” , Axşamlar “filankəs belə əyildi, burası belə görsəndi, orası belə oldu” Məgərr pislikləri təbliğ edib pul qazanmaq üçün Din,şəhidlər, əsgərlər və s. istifadə etmək nə qədər insanlığa sığar bir hərəkətdir?
Həyəcanın əsas səbəbi ondadır ki, müasir dünyada axmaqlar həddindən artıq ziyada əmindirlər, ziyalılar isə şübhə içindədirlər (Bertrand Russell)
İşin digər maraqlı məqamlarından biri odur ki, insanlar fikirlərini bildirəndəki bəs “bu nədir ağını çıxarmısınız, ağzınıza gələni paylaşırsınız, nə etika bilirsiniz, nə ədəb-ərkan. Reytinq xatirinə bəsdir belə etdiniz” həmin insanların nə cavab aldıqlarını isə sadəcə səhifələr tərəfindən gələn cavaba baxmaqla görmək olar. Statuslarda az qala insanların varlarını və yoxlarını söyüb təhqir etdikləri bəs deyil hələ belə də insanı borclu çıxarma qabiliyyətinə sahibdirlər “Ə istəmirsən səhifədən çıx, ana-bacı qədri bilən olmusan? Nə qeyrət namus e, onlar səndən çox bilirlər.” Adama deyərlər ay armud evdə ağzına gələni danışıb, min hoqqadan çıxırsansa, insanları da iyrənciliklərə sürükləməyə sənə kim ixtiyar verib? Hələ arada bir lağa qoyurlar ki, “get AZTV-yə bax sən”. AZTV alimləri, Azərbaycan gözəlliklərini, Azərbaycan musiqi və kinolarını təbliğ edirsə, bu o demək deyil ki, dalda qalıblar. Əksər Azərbaycan kanallarını açarkən nə səsi, nə sənəti, və ya hardan gəldiyi məlum olmayan manıs yığınını görməkdənsə, AZTV-yə baxmaq daha xoşdur
Biz mümkün qədər təmkinli və sakit şəkildə bu barədə fikir bildirməyə çalışdıq. Əslində isə isə içimiz yanır və əmin ki, vəziyyətin bərbad olmasını çox adam anlayıb və anlayır.Kim qarantiya verə bilər ki, zaman keçdikcə baş vermiş, baş verən və baş verəcək fəsadların bu adamlar ilə əlaqəsi yoxdur?! Amma nəsə susmağa üstünlük veririk və iyrənciliklər ətrafımızı bürüməyə davam edər…