Dünyada hər gün bir-birindən hər cəhətdən fərqli və rəngli bir çox festival keçirilir. Festivallar artıq insan həyatının bir parçası olub. Ama bu festivallar yalnız insanlar üçün deyil. Əlbəttə, bütün yaşayan canlıların xoşbəxt və azad yaşamağa haqqı var. Bu inanca əməl edən yeganə yer Meymun Süfrəsi festivalı ilə məşhur olan Taylanddır. Bu festivala Londonun Guardian redaksiyası ən qəribə festival mükafatını vermişdir. Festivalın əsl məqsədi isə Taylandda xarici turizmi artırmaqdır.
Bu qəribə festival Taylandın mərkəz bölgəsində yerləşən Lopburi əyalətinin Pra Prang Sam Yot məbədində keçirilir. Banqkokdan təxminən 150 km şimalda yerləşir. Lopburi həm də Meymun qəsəbəsi olaraq da bilinir, çünki bu şəhərdə saysız hesabsız meymun yaşayır. Əvvəllər şəhər ətrafında yaşayan meymunlar, zaman keçdikcə Pra Prang Sam Yot məbədinə köçmüşlər. Yavaş-yavaş məbədə öyrəşən və getdikcə cəsurlaşan meymunlar, indi şəhərin mərkəzinə qədər gedirlər. Meymunları telefon dirəklərinin kabellərindən asılı vəziyyətdə tapmaq mümkündür. O qədər cəsurlaşıblar kı, istər turist, istərsə də yerli insanların əllərindəki hər cür yeməyi oğurladıqları da görülür.
Festival hər il noyabr ayının son həftəsonundə qeyd olunur. Bir turist yığıncağının olmasıyla yanaşı, artıq yerli xalqın da marağına səbəb olmuşdur. Bu inanca görə Lopburi insanları meymunlara yemek verməlidirlər. İnsanlar, bu meymunların turistlərin diqqətini cəlb etdiyinə və bunun sayəsində də iqtisadiyyatın canlanacağına inanirlar. Meymunlara, onların şərəfinə hazırlanan meyvə, yumurta, banan yemələrinə icazə verilir. Təxminən 2000 meymun var və bu festivalda 2 ton meyvə, tərəvəz, dondurma, alkoqolsuz içkilər, süd, qızardılmış sosis hazırlanır.
Meymunların, geridə qoyduğu dağınıqlıqdan başqa, onların şəhərə zərərli olduğu düşünülməz, çünki meymunların onlara rifah gətirdiyini düşünərlər.