Bette Clair McMurray Graham, 1922-ci ildə San Antonio’da dünyaya gəlmişdi. Əslində ixtiraçı olmaq kimi bir dərdi yox idi. Məqsədi bir sənətçi olmaq idi. II dünya müharibəsi qurtardıqdan qısa bir müddət sonra, kiçik uşağını böyütmək məcburiyyətində olan boşanmış bir ana idi. 10 barmaq yazı makinası öyrənən Bette, Texas Bank & Trustda makinaçı olaraq işə başladı. Məhsuldar bir işçi idi və işiylə qürur duyurdu. İBM-in yeni makinalarını istifadə edən bir neçə katibədən biriydi. Ancaq bir problemi vardı: Makina səhvlərini sildikdə mürəkkəb kağızın üzərində ləkələr buraxırdı. Çox çalışmağının və əzminin mükafatını, makina yazıçılığından idarəçi katibliyinə qaldırılaraq aldı. Təbii ki ən böyük düşməni elektrikli makina olmuşdu. Çünki bu yeni maşınlar karbon film zolaqlar istifadə edirdi və etdiyi səhvləri karandaş silgisiylə silməyə çalışdıqda işlər qarışırdı. Rəssamların səhvlərini aradan qaldırmaq üçün rəsmləri yenidən rənglədiyini xatırladığında, başında bir fikir formalaşmağa başladı. Əgər rəssamlar səhvlərinin üstünü boyaya bilirsə, niyə o da öz makina səhvlərinin üstünü rəngləyərək bağlaya bilməsin ? Sulu boyanı istifadə etdiyi kağızın rənginə gətirənə qədər su əsaslı boyalarla qarışdıran Graham, qarışığı bir şüşəyə doldurdu və ofisə apardı. Makina səhvlərini bağlamaq üçün artıq bu qarışığı istifadə edirdi. Müdiri bu vəziyyətin fərqinə heç varmadı. Bir müddət sonra, başqa bir sekretar Grahamın istifadə etdiyi boyanı gördü və özünə də bir az verməsini istədi. Graham, evdə tapdığı yaşıl bir şüşəyə xüsusi boyasından qoyaraq üzərindəki etiketə “Xəta düzəldici” yazdı və yoldaşına verdi. Artıq binadakı bütün katibləri özündən bir az boya istəməyə başlamışdı. İndi bu yeni məhsulunu çıxarmaqda ona kömək edəcək mütəxəssislərə ehtiyacı vardı. Sonunda bir ofis məhsulları satıcısını, yerli bir kimya müəllimini və boya fabrikində işləyən bir işçini özünə kömək etməyə razı saldı. 1956-cı ildə, daha sonra adını Liquid Paper olaraq dəyişdirəcəyi Mistake Out Company adlı firmasını qurdu. Mətbəxini bir laboratoriyaya çevirən Graham, müxtəlif kimyəvi maddələrlə yeni qarışıqlar sınayaraq icadını inkişaf etdirməyə başladı. Grahamın oğlu Michael Nesmith və yoldaşları müştərilərin sifarişlərini qarşılamaq üçün şüşələrə boya doldururdu. Bir ay içində yüzlərlə şüşə doldurdular. Ancaq tələblər minlərə çıxmışdı. Artan sifarişləri qarşılamaq üçün gecə-gündüz demədən çalışırdılar. 1958-ci ildə bir ofis məhsulları jurnalı Grahamın məhsulunu tanıdan qısa bir məqalə nümayiş etdi. Artıq ABŞ-ın dörd bir yanından sifarişlər alırdı. Generel Electric firması, üç ayrı rəngdə 400 şüşə sifariş verdi. Bu, onun aylıq istehsalının dörd qatı demək idi. Artıq qazancı 1.5 milyon dollar olan firma, yalnız reklam üçün bir milyon dollar xərcləmişdi. Bette Nesmith Graham , pulu problemləri həlli olaraq deyil , yalnız bir vasitə olaraq görürdü. Qadınların həyatlarını qazanmaları üçün yeni üsullar tapmasına kömək etmək üçün iki vəqf qurdu. 1980-ci ildə şirkətini 47.5 milyon dollara satdıqdan altı ay sonra 58 yaşında öldü.