Misophonia kəlməsi tam mənasıyla “səsdən nifrət etmə”, aşağı səviyyədə səsdən xoşlanma formasıdır. Yüksək və ya yumşaq olsun, müəyyən səslərdən qaynaqlanan bir nevroloji pozuqluq olaraq düşünülməkdədir. Bu termin amerikan nevroloq olan Pawel Jastreboff və Margaret Jastreboff tərəfindən tapılmışdır. Hiperakuzinin əksinə, Misophonia müəyyən səslər üçün spesifiktir. Bu, bəzi simptomlara səbəb olan fizioloji anormallığın anatomik mövqeyi haqqında çox az məlumat olsa da, böyük ehtimalla mərkəzi sinir sistemindən qaynaqlandığı da qeyd olunur.
Dırnaq kəsmə, diş fırçalama, yemək yemə, nəfəs alma, iyləmə, danışma, asqırma, əsnəmə, yerimə, saqqız çeynəmə, gülmə, xoruldama, fit və ya öskürək kimi sıravi səslər Misophonia sahibi insanların ən çox narahat olduğu, hətta qəzəbinə səbəb olan səslərdir. Bəziləri ayaq və bədən hərəkətləri kimi göz ucuyla müşahidə olunan vizual xəbərdarlıqlardan da təsirlənər.