E.ə. 450-ci illərdə tarixçi Herodot “Babil, yer üzündə bilinən bütün digər şəhərlərin ehtişamını aşar” demişdir. Herodot, şəhərin xarici divarlarının 80 kilometr uzunluqda, 25 metr qalınlıqda və 97 metr yüksəklikdə olduğunu və 4 atlı bir arabanın gəzişməsinə uyğun olduğunu bildirmişdir. Daxili divarlar, xarici divar qədər qalın deyildi. Divarların içində qızıldan hazırlanmış böyük heykəllər olan qalalar və məbədlər vardı. Şəhərin içində məşhur Babil Qülləsi vardı. Bu qüllə, Tanrı Marduk’a tikilmiş bir məbəd idi və cənnətə çatmaq üçün göyə doğru yüksəlirdi. Babil, e.ə. 605-ci ildən etibarən 43 il hökm sürən kral Nebuchadnezzar tərəfindən salınmışdır. Daha zəif bir rəvayətə görə isə e.ə. 810-cu ildən etibarən 5 il hökm sürən Aşşur kraliçası Semiramis tərəfindən salınmışdır. Bağçalar Nebuchadnezzar’ın yurd həsrəti çəkən arvadı Amyitis’i şadlandırmaq üçün salınmışdır. Amytis , Medes kralının qızı idi və iki ölkənin müttəfiq olması məqsədiylə Nebuchadnezzar ilə evlendirilmişdi . Onun gəldiyi ölkə yaşıl, kələ-kötür və dağlıq idi. Mesopatomiyanın bu dümdüz və isti mühiti onun depressiyasına səbəb olmuşdu. Kral, arvadının yurd həsrətini aradan qaldırmaq üçün onun məmləkətinin bir bənzərini yaratmağa qərar verdi. Süni dağlar və suların axacağı böyük terraslar saldırdı. Yunanlı coğrafiyaçı Strabonun e.ə. 1-ci əsrdəki yazısına görə, bağçalar bir-biri üzərində yüksələn kubik dirəklərdən meydana gəlirdi. Bunların içləri çuxur idi və böyük bitkilərin və ağacların yetişə bilməsi üçün torpaqla doldurulmuşdu. Qübbələr, sütunlar bişmiş kərpic və asfaltdan hazırlanmışdı. Yüksəkdəki bağçaları sulamaq üçün Fərat çayından zəncir nasoslarla su yuxarılara çıxarılırdı. Zəncir nasos, biri yuxarıda, digəri isə su qaynağında olan,üzərində vedrələr olan bir sistem idi. Çaydan dolan vedrə yuxarıya çıxır içindəki suyu hovuza boşaldıb, təkrar çaya dönürdü. Bu şəkildə üst səviyyələrə daşınan su, bağçaları sulayaraq terraslardan aşağıya doğru axırdı. Yunanlı tarixçi Diodorus’a görə bağçalar, təxminən 120 metr genişlikdə və 120 metr uzunluğunda və 25 metr yüksəkliyində idi. Ninova’dakı Asurbanipal kitabxanasında olan mismar yazısına görə Babildə 53-ü böyük , 650-i kiçik olan cəmi 703 məbəd, 360 qurbangah, 2 ayin yolu, 24 böyük prospekt və 3 kanal vardı. Şəhər dördbucaqlı bir plana görə qurulmuşdu. Biri daxili, digəri xarici olmaq üzrə 16,5 kilometr uzunluğunda 2 qala dıvarı ilə əhatə olunmuşdu. Divarın xaricində bütün şəhəri əhatə edən su xəndəkləri də vardı.
İstilalar ucbatından sönməyə başlayan şəhər, xüsusilə Fars padşahı Keyhüsrev’in Babili fəth etməsindən sonra sönməyə başlamış, 5 və 6-cı əsrlərdə qumun altında basdırılmış və bir qum dağı halına gəlmişdir. Bu şəhərin, içindəki məbədlərin və asma bağçaların qalıqları ancaq 20-ci əsrdə aparılan qazıntılarla meydana çıxarılmışdır.