Uzun illər əvvəl Çində Li-Li adlı bir qız evlənir və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa bir müddət sonra qaynanası ilə problemlər yaşayır. İkisinin də xasiyyəti tamamilə fərqlidir, bu da onların tez-tez mübahisə etmələrinə səbəb olur. Bu çin ənənələrinə görə xoş bir davranış deyil və ətraf mühitin olduqca mənfi reaksiyasını alır. Bir neçə ay sonra bitməz tükənməz gəlin qaynana davalarından, ev hər biri üçün cəhənnəm halına gəlir. Artıq bir şeylər etmək lazım olduğuna inanan gənc qız atasının köhnə bir dostu olan ədviyyatçıya qaçır və dərdini izah edir. Qoca kişi ona bitkilərdən hazırladığı bir qarışım verir və bunu 3 ay boyunca hər gün az-az qaynanası üçün bişirdiyi yeməklərin içinə qatmasını söyləyir. Zəhər az az veriləcək, beləcə onu gəlininin öldürdüyü bilinməyəcək. Qoca kişi gənc qıza heç kimin və yoldaşının şübhələnməməsi üçün qaynanasına çox gözəl davranmağı, ona ən gözəl yeməkləri bişirməyini söyləyir. Sevinc hissiylə evə qayıdan Li-Li qocanın dediklərini eynilə tətbiq edir. Hər gün ən gözəl yeməkləri bişirir. Qaynanasının qabına damcı-damcı zəhəri qatır. Heç kəs şübhələnməsin deyə də ona çox yaxşı davranır. Bir müddət sonra qaynanası da çox dəyişmişdi və ona öz qızı kimi davranırdı. Evdə artıq sülh küləkləri əsirdi. Gənc qız özünü ağır bir yükün altında hiss etdiklərindən peşman bir vəziyyətdə ədviyyat dükanının yolunu tutur və qocaya bu vaxta qədər qaynanasına verdiyi zəhərləri onun qanından təmizləyəcək bir qarışım üçün yalvarır, qoca qadının ölməsini artıq istəmirdi. Yaşlı adam yaşlı gözlərlə qarşısında dayanan Li-Li -yə baxır və qəhqəhələrlə gülməyə başlayır.
“Sevgili Li- Li” -dedi , “sənə verdiklərim yalnız vitaminlərdi . Olsa olsa qaynananı yalnız daha da gücləndirdi, vəssalam” . Gerçək zəhər isə sənin beynində olan idi. Sən ona yaxşı davrandıqca o da dağıldı və yerini sevgiyə buraxdı, beləcə siz gerçək bir ana qız oldunuz”