Çinli həkimlər bədbəxt hadisə nəticəsində əli kəsilmiş şəxsə çarə tapıblar.Həkimlər xəstənin əlini qorumaq üçün ayağına tikiblər.
Hadisə noyabr ayının ortalarında baş verib. Syao Veyu istehsalatda əlini itirdikdən 7 saat sonra həkimə aparılıb. Həkimlər əli yerinə tikməyə tələsməyiblər. Kəsilmiş əl həyat fəaliyyətini qoruya bilsin deyə onu pasientin ayağına tikiblər. Bir aydan sonra isə əli öz yerinə qaytarıblar.
Əlin tam bərpası üçün bir neçə əməliyyat nəzərdə tutulur. Mütəxəssislər əmindirlər ki, hər şey qaydasında olacaq.