Shen Nung bir gün bağçada ağzı açıq bir qabda su qaynadarkən kolluqlardan bir neçə yarpaq qaynayan suyun içinə düşdü. Nung yarpaqları suyun içindən yığa bilmədən yarpaqlar suda qaynamağa, xoş bir qoxu ətrafa yayılmağa başladı. İmperator maraqlanıb suyun dadına baxınca çay kəşf edilmiş oldu. İmperatorun öz kəşfi haqqındakı düşüncəsi çayın susuzluğu yatırdığı, hərarəti aradan qaldırdığı və yuxuya olan istəyi azaltdığı şəklində idi. Çay adı da çıncə olan “ça” sözündən gəlir. Bənzər şəkildə çaya türkdilli dövlətlər “çay”, ərəblər “shay”, Yaponlar ‘cha’ deyirlər.
Ana səhifə Maraqlı məlumatlar və faktlar Çay miladdan əvvəl 2737-ci ildə Böyük Çin İmperatoru Shen Nung tərəfindən təsadüfən...