“Dünyanın Ən Yaxşı Brendlər” siyahısının 10-cu əsnasında bir avtomobil nəhəngi var. Yapon avtomobil istehsalçısı Toyota marka dəyərini yüzdə 17 nisbətində artırdı. Toyotanın marka dəyəri isə 35 milyard 346 milyon dollar olaraq hesablanıb.
Siyahıda doqquzuncu sırada ABŞ-lı texnologiya nəhəngi İntel var. Intel yüzdə 5 nisbətində dəyər itkisinə uğradı. Şirkətin rəqəmsal dəyəri 37 milyard 257 milyon dollar oldu.
Dünyanın ən qiymətli səkkizinci markası isə Cənubi Koreyadandır. Cənubi Koreya elektron nəhəngi Samsung bazar dəyərini yüzdə 20 artırdı. Samsungun dəyəri isə 39 milyard 610 milyon dollar olaraq qərarlaşıb.
Dünyanın ən qiymətli 10 markası siyahısına fast-food restoranları zənciri McDonalds yeddinci sıradan girdi. McDonaldsın bazar dəyəri yüzdə 5 nisbətində artdı. ABŞlı şirkətin rəqəmsal dəyəri isə 41 milyard 992 milyon dollar olaraq hesablanmışdır.
Interbrand’ın siyahısında altıncı sırada ABŞ enerji şirkəti General Electricdir. General Electric’in bazar dəyərində yüzdə 7’lik bir artım olmuşdur. Şirkətin rəqəmsal dəyəri isə, 46 milyard 947 milyon dollardır.
Siyahının beşinci sırasında Bill Gatesin sahibi olduğu proqram nəhəngi Microsoft yerləşir. Microsoft bazar dəyərini yüzdə 3 nisbətində artıraraq 59 milyard 546 milyon dollar dəyərə çatdırmışdır.
“Dünyanın Ən Yaxşı Brendlər 2013” siyahısının dördüncü sərasında yenə bir texnologiya nəhəngi olan IBM yer tutur. IBM marka dəyərini yüzdə 4 nisbətində artıraraq 78 milyard 808 milyon dollarlıq bir dəyərə çatdırmışdır.
Siyahının üçüncü sırasında isə, 2012 in çempionu Coca Coladır. Qazlı içki nəhəngi Coca Cola’nın dəyəri isə 79 milyard 200 milyon dollardır. Coca Cola’nın marka dəyəri isə yüzdə 2 nisbətində artıb.
“Dünyanın Ən Yaxşı Brendlər 2013” siyahısının ikinci yerini isə internet axtarış motoro Google tutur. Google ötən il bazar dəyərini yüzdə 34 artıraraq 93 milyard dollarlıq bir marka halına gəlmişdir.
Dünyanın ən qiymətli markası sıralamasında 1 nömrə dəyişdi. 13 ildir bu kreslosu kimsəyə verməyən ABŞlı qazlı içki nəhəngi Coca Cola yeri texnologiya nəhəngi olan Apple şirkətinə buraxdı.