Hər kəsin özünün balaca sirri var. Bəziləri isə daha böyük sirr gizlədir. Əlbəttə, hər bir sirri özünün dəyəri var. Bəzən bu sirrlər elə qorunur ki, axırda onlar unudulur. Vərəsələr isə sonradan bu sualların cavabını axtarmağa bəzən bir ömür sərf edirlər.
1. Akseley Erlandsonun ağacları
Akseleyin (1884-1964) hobbisi var idi. O, ağacların quruluşlarını dəyişməklə məşğul olurdu və qeyd edək ki, çox yaxşı da alınırdı. Fermer illərini sərf edərək qarağac, tozağacı, göyrüş ağacdlarını dairəvi, ziqzaq, çərçivə və başqa formalarda yetişdirirdi. Fermerin əsərləri məşhurluq tapandan sonra o, «Tree Circus»u yaratdı. Bununla belə, texnologiyanın sirri möhkəm qorunurdu. Nəticədə onun ölümündən sonra yolunu davam edəcək bir şəxs tapılmadı. Erlandsonun ölümündən 20 il sonra isə «Tree Circus» mövcudluğunu itirdi. Yerdə qalan ağacları isə milyoner MayklBonfante alaraq Kaliforniyadakı özəl əyləncə parkına yerləşdirdi.
2. Arne Berlinqin (1905-1986) şifrəsi
İsveçrəli riyaziyyat üzrə professor Arne Berlinq 1940-cı ildə almanların ən ali şifrəsini aça bilmişdi. Arne sistemi sayəsində alman komandanlığının İsveçrədən keçən bütün məlumatları artıq sirr olmaqdan çıxırdı. Şifrələri açmaq üçün riyaziyyatçıya cəmi 14 gün vaxt, teletayp (yazı maşınına oxşar, uzaqdan qəbul edib avtomatik hərf çap edən teleqraf aparatı) lenti və şifrələnmiş məlumat lazım olurdu. Bununla belə Berlinq şifrə açma texnologiyasının sirrini heç kimə açmadı.
3. Ceyms Blekin bıçaqları (1800-1872)
Bu gün ən yaxşı bıçaqlar Cim Bouinin «Boui»si sayılır. Lakin sən demə, Ceyms Bleykin bir neçə əsr öncə ixtira elədiyi bıçaqlar «Boui»ni kölgədə qoyur. Onun məmulatları çox möhkəm olması ilə bərabər həm də elastikliyi ilə insanları heyran qoyurdu. Lakin poladın dəqiq retseti və bıçağın hazırlandığı metal Bleyk tərəfindən möhkəm qorunurdu. Lakin 1839-cu ildə qızının ölümündən kədərlənan qaynatası Bleykə hücum edir. Bunun nəticəsində Bleyk kor olur və yeni bıçaqlar bir daha heç bir zaman hazırlana bilmir.
4. Yohan Besslerin maşını (1680-1745)
Almaniyanın Zittau şəhərindən olan Bessler 1717-ci ildə ictimaiyyətə qəribə bir maşın təqdim etdi. Ustanın iddiasına görə, maşın özünü təmin edirdi və bu 54 gün müddətində nümayiş olundu. Müasir fizikanın nəzərinə əsasən, bu, xaricdən yanacaqla təmin olunmadan mümkünsüz olsa da, belə idi. Yohan maşının sirrini heç kimə açmadı və sirr müəlliflə birlikdə dəfn olundu. Qeyd edək ki, Besslerin işinin mətnləorində müxtəlif kodlara rast gəlinib və ehtimal edilir ki, şifrələr bir yerə toplanarsa sirr açıla bilər.
5. Antonio Stradivarinin (1644-1737) skripkası
Usta Stradivari öz həyatı müddətində 1100 simli alət hazırlayıb. Onun arfaları, gitaraları, violençləri musiqiçilərə yaxşı məlumdur. Lakin ustaya ən çox şöhrət gətirən isə bu gün 500-ü gəlib çatan incəsəsli skripkalar olub. Antonionun sirri elə özü ilə gedib. Alimlərin diqqətlə araşdırmasına baxmayaraq, bu günə qədər heç kim o cür təmiz və möhkəm səsli alət yarada bilməyib.