Yarpağabənzər dəniz əjdahası

Bu dəniz balığı dəniz atının qohumlarından hesab edilir və Avstraliyanın cənub və qərb sahillərinin sakit sularında yaşayır. Onun başı və bədən üzvləri ağac yarpağını xatırladır və bunun sayəsində də özünü maskalayaraq gizlədə bilir. Ümək üçün qarın və quyruq hissəsində yerləşən üzgəclərdən yararlanır. Onun üzgəcləri tamamilə şəffafdır. 45 sm-ə qədər böyüyə bilir. Yarpağabənzər dəniz əjdahası Cənubi Avstraliyanın simvolu və rəsmi emblemi sayılır.


Malay ayısı və yaxud biruanq

Ayı ailəsinə məxsus bu məməli Hindistanın şimal-şərqində, İndokitay yarımadasında və Malakkadan İndoneziyaya kimi olan ərazidə yaşayır. Bu heyvanın girdə və enli sifəti onu çox güclü göstərir. Onun böyük pəncərələrini əyri və uzun dırnaqları tamamlayır.  Kürkünün tükləri qısa, sərt və düzdür. Qara rəngdədir, amma sifəti sarıya çalır. Sinəsində doğan günəş rəngini göstərən at nalına bənzər böyük ləkə var. Gecə həyat tərzi keçirir, bütün günü yatır və ya ağacda özünə düzəltdiyi yuvada günəş vannası qəbul edir. Ayı ailəsinin ən balaca nümayəndələrindən sayılır: uzunlu 1.5 metrdən böyük olmur, boyu 50-70 sm, çəkisi 27-65 kq-dır. Biruanqlar ayıların nadir nümunələrindən hesab edilir.


Komondor

Siyahının növbəti nümayəndəsi Macarıstan çoban iti komandordur. Çox maraqlı it cinsidir. Onun tüklərinə xüsusi qulluq lazımdır və bəzən uzunluğu 1 metrə çatır. Bu it cinsi “macar itlərinin kralı” adlandırılır və dünyanın ən böyük itlərindəndir. Hündürlüyü 80 sm-dir. Ayaqqabı bağına bənzər uzun ağ tükləri isə onu bir qədər də böyük göstərir. Onun yemlənməsi də rahatdır və digər itlərdən fərqli olaraq az qida ilə kifayətlənir – gün ərzində 1 kq.


Anqor dovşanı

Gəmiricilərin bu məməli növü çox təsiredici görüntüyə malikdir və tüklərinin uzunluğu 80 sm-ə çatır. Onun tükündən müxtəlif geyimlər – corablar, əlcəklər və sadəcə parçalar hazırlanır. Anqor dovşanının yunu çox qiymətlidir və onu satmaq çox rahatdır. Bir dovşan il ərzində 0.5 kq  yun verə bilir. Dovşanın çəkisi 5 kq, uzunluğu 61 sm, eni isə 38 sm olur. Bu dovşanların hər həftə qırxılması lazımdır, əks halda çox eybəcər görünürlər.


Balaca panda

Bu heyvan yenot ailəsinə daxildir. Yayılma ərazisi Çin, Şimali Birma, Butan, Nepal və şimali-şərqi Hindistandır. Mülayim iqlim qurşağında dəniz səviyyəsindən 2000-4000 metr yüksəklikdə dağ bambuk meşələrində yaşayır.  Bu heyvanın bədəninin yuxarı hissəsi qızılı, aşağı hissəsi tünd qəhvəyi və ya qara olur. Kürəyindəki tüklər isə sarıdır. Pəncələri qara, quyruğu qızılı, qulağının kənarı ağ rəngə çalır. Bu heyvan da gecə həyat tərzi keçirir. Gündüzlər adətən başını quyruğuna tərəf əyərək yatır. O ağacdakı çevik hərəkətlərinə baxmayaraq, yerdə çox ləng davranır. Qidalanması da yerdəki kiçik yarpaqlı bitkilər və baçbuk yarpağı ilədir. Bədəninin uzunluğu 51-64 sm, quyruğunun uzunluğu 28-48 sm, çəkisi 3-4.5 kq-dır. Balaca panda tək yaşayır. Erkəklərin şəxsi ərazilər 2.5 kv.metr, dişilərinki isə bundan iki dəf artıq olur.


Ərincək

Bu dişsiz məməli Bradypodidae ailəsinə mənubdur. Mərkəzi və Cənubi Amerikada yaşayır. Demək olar ki, bütün həyatını ağacda uzanmış vəziyyətdə keçirir və günün 15 saatını yatır. Ağac yarmağı ilə qidalandığı üçün onun fizioloji quruluşu maksimum az enerji qənaəti üçündür. Həzm prosesi təxminən bir ay çəkir. Onun qolları çox uzundur və bu da onun yaradılış tərzinə uyğundur. Ərincək uzandığı yerdən tərpənmədən uzun müddət uzun qolları sayəsində qidalana bilir. Aktiv halda olan ərincəyin bədən temperaturu 30-34 dərəcə, sakit halda dayananda isə bundan da aşağı olur. Ərincəyin ən xoşu gəlməyən iş ağacdan yerə düşməkdir. Çünki o yerdə tamamilə müdafiəsizdir. Həm də yerdə hərəkət edərkən külli miqdarda enerji itirirlər. Onlar cəmi həftədə bir ağacdan yerə düşürlər ki, bu da ifrazatlarını yerinə yetirmək üçündür. Bəzi hallarda isə başqa ağaca keçmək üçün bunu edirlər. Onların çəkisi 4-9 kq arası, bədəninin uzunluğu isə 60 sm olur.


İmperator Tamarinası

Bu ilməquyruq meymun cinsi Amazonkanın cənub-şərqindəki yağışlı meşələrdə yaşayır. Xüsusi görüntüsü – sinəsinə qədər uzanan uzun ağ bığlar. Barmaqlarından yalnız arxa pəncəsinin baş barmağında dırnaq var. Həyatının böyük hissəsini ağacların ucqarlarında keçirirlər, hansı ki, sinfindən olan digər meymunlar həmin yerə çıxa bilmirlər. Bədənlərinin ölçüsü 9.2-10.4 düyüm, quyruğunun uzunluğu 14-16.6 düyüm olur. Ən böyüklərinin çəkisi 180-250 q.-dır. Ailə qrupuna daxil olanların hamısının öz rütbəsi var və ən yüksəkdə duran yaşlı erkəkdir.