Əvvəlcədən qeyd edək ki, alimlər bütün düzgün və qeyri-düzgün məlumatları işə salaraq bu məlumatları gizlətməyə çalışırlar, çünki o, bizə uşaqlıqdan öyrədilən tarixlə heç uyğun gəlmir. 
 
Artıq uzun müddətdir ki, planetin müxtəlif yerlərindən nəhəng insanlara aid skeletlər tapılır. Onları həm quru torpaqlardan, həm suların altından, okeanlardan qazıb çıxarırlar. Bunun bir sübutu da Yakutiyadakı tapıntıdır.  Müstəqil tədqiqatçılar qrupu artıq uzun illərdir ki, bu məsələ ilə məşğuldurlar. Onlar 12-20 000 il qabaq planetimizin xəritəsində nələr olduğunu formalaşdırmağa çalışırlar. Nəhənglərin boyu 4-12 metr olurdu, onlar nəinki fiziki cəhətdən çox güclü idilər, həm də fenomenal ağıla malik idilər. Bəlkə elə bu, bəzilərinin mifik, bəzilərinin isə həqiqətən var olub, sonradan məhv olmuş hesab etdikləri Atlantların sivilizasiyasıdır. 
 
Budur, tədqiqatçılar hesab edirlər ki, məhz nəhənglərin sivilizasiyası Misirdəki piramidaları tikib. Təkcə Misirdə deyil, planetin hər yerində onlar tərəfindən tikilmiş piramidaların sayı 600-ü keçir. Tikinti həm də xüsusi geometriyaya əsasən tikilirdi. Piramidalar nə hansısa qul əməyi ilə, nə də hansısa texnologiya vasitəsilə tikilmişdi. 
Onların məqsədi isə hələ bizə naməlum olan energetik və kosmik enerji ilə bağlı idi. Çox sonradan, artıq başqa sivilizasiyanın adamları Misirdə başqa allahlara sitayiş etməyə başladılar. 
 
Bəs nəhənglər necə mövcud olmuşdular və necə məhv oldular?
 
Məsələ ondadır ki, alimlər belə bir versiya irəli sürürlər ki, o zamanlar planetdə dörd ay vardı və başqa atmosfer idi. Bu fiziki şəraitdə nəhəng insanlar özlərini yaxşı hiss edib, rahat yaşayırdılar. Onların məhvi isə fəlakətlərlə və üç ayın Yer səthinə düşməsi ilə bağlıdır. 
Lakin tədqiqatçılar bu versiyaya inanmırlar. Özünüz də təxmin edərsiniz ki, əgər bizim ay planetə yaxınlaşsa bu nəinki dünyanın sonudur, həm də planetin məhvidir. Ona görə belə bir fikir var ki, o zamanlar cəzb etmə qüvvəsi fərqli idi və yerin ətrafında buz asteroidindən kəmər vardı, eynən Saturnun ətrafındakı kəmər kimi. Ona görə də planet kislorodla zəngin idi və bu nəinki nəhənglərin həm də heyvanlar aləminin inkişafına təkan verirdi. Lakin qütblərin dəyişməsi və buz kəmərdəki dəyişikliklər, iqlim dəyişikliyi nəticəsində bu sivilizasiya məhv oldu.