Amerikalı mühəndis və proqramist Kevin Cill Marsda həyat olsaydı necə olardı sualına cavab olacaq bir görüntü hazırlaya bilib.
Təbii ki, Cill görüntünü ərsəyə gətirmək üçün bu işlə məşğul olan mütəxəsislərdən kömək alıb, lakin Mars tam tədqiq olunmadığından o bu görüntüyə təxminən nail ola bilib. Səbəblərdən biri odur ki, suyun səviyyəsini, atmosferin tərkibini, bitkilərin yayılma arealını tam dəqiqliklə söyləmək olmur.
İndiki dövrümüzdə Marsın üst təbəqəsinin temperaturu suyun mövcudluğu üçün maneə yaradır. Təcrübə aparmış “marsaxodlar” (marsda gəzən robot aparatlar) orada suyun olma ehtimalını sadəcə üst hissəsində deyiblər. Onların tədqiqatlarına görə suyun maksimal dərinliyi bir neçə santimetr ola bilər. Əvvəllər planetdəki temperatur indikindən çox idi, bu da teoritik olaraq suyun və əlbəttə ki, yaşayışın olması üçün daha çox mümkünük yaradırdı…