İngilis Ürək Dərnəyi, bu üsulla müalicə potensialının böyük olduğunu söyləyib.
İngiltərədə genetik mühəndislik sayəsində ürək çatışmazlığının müalicəsində istifadə məqsədi ilə bir virus inkişaf etdirilib. Ürəyin düzgün fəaliyyətində lazımlı genlərin peyvənd edilməsi üçün inkişaf etdirilən virusun könüllü xəstələr üzərində sınanacağı bildirilir.
İngilis Ürək Dərnəyi, bu üsulla müalicə potensialının böyük olduğunu söyləyib.
Ürək çatışmazlığında, infarkt zamanı oksigensiz qalan ürək ziyan gördüyündən, qanı lazım olduğu kimi nasosla vura bilmir. Bu səbəbdən də, ürəyə genetik quruluşu dəyişdirən virus verilməsi düşünülüb.
Məlumatda oda bildirilir ki, tibbdə olan irəliləmə sayəsində infarkt keçirən xəstələrin çoxu bu bəladan qurtarıla bilər.
İmperial kollecindən Prof. Sian Harding bu müalicəylə bir çox xəstənin həyat keyfiyyətinin yüksəldilə biləcəyini söyləyib.