Hər ev, içində yaşayan insanların xarakterlərindən bir parça daşıyır. Evin dekorasiyası, rəngləri və nizamı kimi elementlər ilə ev özünü izah edir. Bu yazımızda romantik, şən və rəngli bir xarakterə sahib olan Bohem dekorasiyasını incələdik.
Bohem dekorasiyası nədir?
Bohem derkosyasiyası Fransada yaranmış bir tərzdir. Köçkün həyatı yaşayan, azad və gəzəyən ruhlu, bir az da qaraçı mədəniyyətindən gələn bir stildir.
Qarışıq, rəngli, canlı və azad dekorasiya nizamına sahibdir. Hətta buna nizamsız bölgü də demək mümkündür. Xüsusilə, moda və tekstil sahəsində özünü göstərən Bohem tərzini evinizdə də istifadə edə bilərsiniz.
Bohem dekosyasiyasında rəngləri necə istifadə etməli?
Bohem tərzi və ya boho tərzi əsasən qaraçı mədəniyyətindən götürülən canlı, parlaq, pastel, mat rənglər ilə əks etdirmək olar. Azad dekorasiya istifadə edərkən, bir-biri ilə uyğun olmayan rəngləri belə işlətmək mümkündür. Qarışıq kimi görünən bu tərzi şəkillər ilə nümunələyək:
Bohem tərzində naxış istifadəsi
Bohem dekorasiyasında ən çox istifadə olunan şey tekstildir. Mebellərin üzlənməsində, evin içinə yerləşdirə biləcəyiniz adyallarla, yastıq və s. Kimi tesktil məhsullarından istifadə edə bilərsiniz.
Bohem tərzində naxış istifadəsi isə əsasən həndəsi fiqurlar və gül naxışlarıdır.
Evin sərhədlərini bildirən divarlara isə müxtəlif naxışlı divar kağızları ilə canlandırmaq da mümkündür. Əgər mebellər ilə qarışıq görünəcəyini düşünürsənsə, o zaman sadə rəngli boyalardan istifadə edə bilərsən.
Bohem tərzini əks etdirən kiçik boylu mebellər.
Azad ruha sahib olan Bohem tərzinə görə, alınan mebellərin asanlıqla yerlərini dəyişdirmək mümkün olmalıdır. Yastıq və puflardan ibarət oturma mebellərinə üstünlük verə bilərsən. Alçaq masa və divarların kənarına alçaq kreslolar yerləşdirərək, istədiyin kimi yaradıcılığı istifadə edə bilərsən.
Divar və döşəmə üçün kilim istifadəsi
Azad ruhu təmsil edən Bohem tərzində ağır mebellər üstünlük təşkil etmir. Asan yerləşdirilə bilən və rahatlıqla yerini dəyişdirmək mümkün olan mebellərdən istifadə olunmalıdır. Bu mebellərə döşəmə və divarda istifadə edilənlər də daxildir.
Ağır və çox yer tutan xalılar əvəzinə, kiçik boylardakı kilimlər seçə bilərsiniz. Eyni zamanda divarda da üzərində rəng və naxışlar olan kilimlər asa bilərsiniz.
Bohem tərzinin həndəsi fiquru dairədir!
Dairə formasında divar dekorasiyaları və mebellər istifadə edərək, bohem tərzini əks etdirə bilərsiniz. Hətta istifadə etdiyiniz əşyaları özünüz toxuya bilərsiniz. Dairə formasında çilçıraq, kilim, fənər, ayna və s. mebellər işlətmək olar.
Təbiətin qarışıqlığından istifadə edin.
Təbiətin qarışıqlığı və azadlığından ilhamlanan Bohem tərzində təbii məhsullara olduqca çox yer verilir. Fərqi növdəki bir çox bitkidən bir kompozisiya əmələ gətirə bilərsiniz. Əgər geniş yarpaqlı bitkiləri sevmirsinizsə, kaktuslardan da istifadə edə bilərsiniz. Evə modern bir ruh qatmaq üçün isə, şaquli formada asılan bitkilərə yer vermək mümkündür.
Köhnə əşya yoxdur!
Minimalist ev dizaynından fərqli olaraq, bu dekorasiyada retro və qədimi əşyalara çox yer verilir. Əşlayar demək olar ki, atılmır və yenidən quraşdırılaraq, fərqli formada işlədilir. Hər nə qədər qarışıq kimi gəlsə də, əşyalardan doğru istifadə edərək, çox gözəl Bohem tərzi yaratmaq olar.